Oxut, yüklə, işlət. Visa-nın Tap to Add funksiyası – kartların elektron cuzdanlara əlavə edilməsinin daha rahat və təhlükəsiz yolu – artıq Azərbaycanda

  • Tap to Add Card (“oxudaraq kartı yüklə”) funksiyası kartları ən rahat yolla – onları sadəcə mobil cihazla oxutmaqla – kart sahibinin elektron cuzdanına (pulqabına) əlavə etməyə imkan verir.
  • Bu həll bir çox xətalara və dələduzların yararlandığı texnoloji zəifliyə səbəb olan kart nömrələrinin əllə əlavə edilməsi zərurətini aradan qaldırır və nəticədə həssas kart məlumatlarının cinayətkarların əlinə düşməsinin qarşısını alır.

Bakı, 13 fevral 2025 – Rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti (NYSE: V) Tap to Add Card (“oxudaraq kartı yüklə”) funksiyasının Azərbaycanda buraxılışını elan edərək elektron cuzdanların (pulqabların) təminatında bu gün mühüm irəliləyişə imza atdı. Bu innovativ texnologiya təmassız kartları sadəcə mobil cihazda oxutmaqla onları elektron cuzdana yükləməyə imkan verir və beləliklə rahat və təhlükəsiz rəqəmsal ödəmə həllərinə getdikcə artan tələbatı qarşılayır.

Tap to Add Card həlli bir çox səhvlərə yol açan və dələduzların yararlandığı texnoloji zəifliyə səbəb olan kart nömrələrinin əllə əlavə edilməsi zərurətini aradan qaldırır və bu narahat, yöndəmsiz proses nəticəsində həssas kart məlumatlarının cinayətkarların əlinə düşməsinin qarşısını alır. Kartın oxudulması Visa-nın Chip Authenticate xidməti ilə təsdiq edilən unikal birdəfəlik kod yaradır, kart rekvizitlərinin təhlükəsiz ötürülməsini təmin edir və ənənəvi üsulla müqayisədə xeyli daha sürətli və əminli alternativ təklif edir.

Tap to Add Card funksiyasının təmin etdiyi sadəlik və təhlükəsizliyi Azərbaycana gətirməyə çox şadıq, – deyərək Visa-nın Azərbaycan üzrə baş direktoru və ölkə meneceri Nurlan Hacıyev qeyd etdi. – Artıq elektron pulqablarına yeni kartı əlavə etdikdə kart sahibləri çox əminli ola bilərlər, çünki biləcəklər ki, onların həssas məlumatları ən müasir təhlükəsizlik protokolları ilə qorunur. Əminik ki, “Oxudaraq kartı yüklə” funksiyası, kart sahiblərinin təhlükəsizlik sahəsində narahatlıqlarını aradan qaldıraraq və istifadəçi təcrübəsini asanlaşdıraraq, Azərbaycanda elektron cuzdanların daha geniş qəbulunda həlledici rol oynayacaq.”

Qlobal təşəbbüs və regional təsir

Ötən ilin sentyabrında Visa tərəfindən rəqəmsal ödəmələri daha keyfiyyətli edən xidmətlərin yeni dəstinə daxil edilərək istifadəyə verilən Tap to Add Card funksiyası çox qısa zamanda dünya üzrə istifadəçilərin rəğbətini qazandı. Azərbacanda 2462 Tap to Add Card tokeninin aktivləşdirildiyini nəzərə alaraq, bu texnologiya dərhal elektron cuzdanların təminatını daha sadə və təhlükəsiz edəcək.

Ekosistem üçün faydalar

Tap to Add Card ödəmələr eksosisteminin bütün oyunçularının xeyrinə olacaq. Mağazalardakı təmassız rəqəmsal ödənişlərlə bənzər təcrübəsi ilə, kart sahibləri öz kartlarını elektron cuzdanlarına daha sürətli, rahat və təhlükəsiz qaydada əlavə edə bilərlər və rəqəmsal ödəmələrdən daha geniş istifadə edə bilərlər.

Emitentlər üçün Tap to Add Card dələduzluğa qarşı təminatın risklərini və əlaqədar xərclərini azaldır və kartların elektron cuzdanlara yüklənməsi prosesini sadələşdirir. Nəticədə istifadəçilər tərəfindən sorğu və narazılıqların sayı azalır, əməliyyatların təsdiqi dərəcəsi isə artır.

Elektron cuzdanlar baxımından, Tap to Add Card funksiyası Visa təhlükəsizlik standartlarına əməl etməklə, kart girişi xətalarının sayını və kartların sıradan çıxması risklərini azaldır, token təminatı dərələrini potensial olaraq artırır və daha keyfiyyətli istifadəçi təcrübəsini təqdim etməyə rəvac verir.

Elektron pulqabları bütün dünyada bu texnologiyanı dəstəkləyərək mövcud pulqabları ilə rəvan inteqrasiyanı təmin edirlər.


Visa haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.