Pep Qvardiola və Visa komandası kart sahibləri üçün bənzərsiz təcrübələr təqdim edəcəklər

  • Visa dünya şöhrətli məşqçi və “Barselona”nın sabiq kapitanı Pep Qvardiola ilə iki illik müqavilə bağlayaraq “müvəffəqiyyətə nail olmaqda Kiçik Addımların gücünü sərgiləyəcək”.
  • Azarkeşlər futbol əfsanəsi ilə şəxsən görüşmək, avtoqraflı əşyalar əldə etmək və FIFA Dünya Kuboku 2026TM maçını məşhur futbol şəxsiyyəti ilə birgə seyr etmək şansı qazana bilərlər.

 

Bakı, 18 fevral 2025: Rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti (NYSE: V) əfsanəvi futbol məşqçisi Pep Qvardiola /Guardiola/ ilə tərəfdaşlığa girəcəyini elan edib. İki illik tərəfdaşlıq çərçivəsində Azərbaycandakı futbolsevər Visa kart sahiblərinə bank partnyorları vasitəsilə eksklüziv təkliflər təqdim olunacaq.

“Barselona”, “Bayern” (Münxen) və “Mançester Siti” kimi məşhur futbol klublarının başçısı kimi ad qazanmış görkəmli məşqçi regiondakı futbol təəssübkeşlərinə bənzərsiz təcrübələr bəxş etmək arzusu ilə Visa ilə əməkdaşlıq edəcək. Visa kart sahibləri Qvardiola ilə görüşlərə dəvət almaq, FIFA Dünya Kuboku 2026TM maçını onunla birlikdə izləmək və futbol tarixinə adını yazan məşqçinin şəxsən imzaladığı əşyaları udmaq imkanı əldə edəcəklər.

“Futbol azarkeşlərini sevindirmək amalı ilə bu gün Visa ilə əməkdaşlığa başlayıram. Visa ilə istəyimiz eynidir: unudulmaz xatirələr qoymaq. İdman aləmində yaddaşlarda həmişəlik həkk olunacaq anlar yaratmaq arzusu ilə çalışırıq. Mən məhz bunu etmək üçün bu tərəfdaşlığa qoşuluram,” – Pep Qvardiola söylədi.

Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika regionu üzrə baş vitse-prezidenti və baş marketinq direktoru Tarek Abdalla qeyd etdi: “Oyunun nəhəngi Pep Qvardiola ilə qüvvələrimizi birləşdirdirdiyimiz bizi hədsiz sevindirir. Pep, futbolun oyun üslubunda inqilabi dönüş yaratdığına və dövrümüzün bir neçə ən uğurlu komandasını qurduğuna görə bütün dünyada məşhurdur.”

Tarek Abdalla sözünü davam edərək dedi: “Pep kiçik addımların gücünü təcəssüm edir, tədricən edilən lakin davamlı irəliləyişin əzəmətli nəticələr gətirdiyini nümayiş etdirir. Onun fəlsəfəsi Visa-nın missiyası ilə tam üst-üstə düşür, çünki bizim də vəzifəmiz insanları və şirkətləri istədiklərinə addımbaaddım yaxınlaşdırmaqdır.”

Futbol tarixinin ən böyük məşqçilərindən biri kimi şöhrət qazanmış Qvardiola “Mançester Siti” ilə 6 Premyer Liqası titulu götürüb. İspaniyanın La Liqa, Almaniyanın Bundesliqa və İngiltərənin Premyer Liqa turnirlərində ən çox dalbadal birincilik rekordu məhz ona məxsusdur. Qvardiola kişilər arasında Avropa futbolunda bir ildə üçqat qalibiyyəti (ölkə çempionatı, kuboku və Avropa Liqası) iki dəfə qazanan yeganə çalışdırıcıdır.

Rəqəmsal ödəmələrdə lider olaraq, Visa innovativ həllər, kəsərli təşəbbüslər və qlobal iddiaları dəstəkləyə biləcək müfəssəl məhsul və xidmət dəsti sayəsində fərdləri, satıcıları və biznesləri səlahiyyətləndirməyi məqsəd qoyur və bunu xırda hərəkətlərlə – hər bir klik, toxunuş və ya kartı oxutması ilə edir. Qvardiolanın zəfərləri kiçik amma davamlı qədəmlər əsasında qurulduğu kimi, Visa da inanır ki, hər kiçik addım böyük nailiyyətlərə apara, insanları və biznesləri öz arzu və istəklərinə qovuşdura bilər.


Visa haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.