Biz inanırıq ki, hər kəs uğur qazana bilər, ən əsası özünə inanmaq, yıxıldıqdan sonra ayağa qalxmaq və növbəti addımı atmaqdır. Məhz bu addım sizi məqsədinizə yaxınlaşdıracaq.
Bizi bu şöhrət yolunu keçənlərin həyat hekayələri ruhlandırır. Biz “vunderkindlər" və "ani uğurlar" barədə əfsanələri yox edənlərdən, qətiyyət, əzmkarlıq və davamlı kiçik addımlar sayəsində böyük nəticələr əldə etməyin mümkünlüyünü sübut edənlərdən ilham alırıq.
Onlardan biri də Sənan Süleymanovdur. O, öz zəhməti və əzmkarlığı sayəsində Avropa Çempionatlarında və digər müsbiqələrdə qızıl medallar qazanıb. Hər qələbənin və azarkeş alqışlarının arxasında özünə inam, inanılmaz iradə gücü və məqsədə aparan milyonlarla kiçik addım dayanır.
Axı hər kiçik addım sizi olmaq istədiyiniz yerə yaxınlaşdırır.