Visa Kuki Bildirişi
Kukilər və digər texnologiyalara dair bir bələdçi
- Kukilər
Kukilər vebsaytların sizin brauzerinizi unikal şəkildə müəyyən etmək və ya brauzerinizdə məlumatı və ya ayarları yaddaşa vermək üçün sizin kompüter və ya digər internetə bağlanan cihaza göndərdiyi kiçik mətn fayllarıdır. Kukilər bizə siz qayıtdıqda sizi tanımağa imkan verir. Onlar həmçinin bizə xüsusi təcrübəni təmin etməyə kömək edir və müəyyən növ saxtakarlıqları aşkar etmək imkanını verir.
Birinci tərəf kukiləri Visa tərəfindən yerləşdirilən və ya sosial media platforması kimi birbaşa ziyarət edilən bir domen tərəfindən yaradılan kukilərdir. Bu kukilər Visa tərəfindən istifadə olunur və vebsaytlarımızın və proqramlarımızın əsas əməliyyatlarını dəstəkləyən bütün çox zəruri kukiləri ehtiva edir.
Üçüncü tərəf kukiləri xidmət təminatçıları, sosial media platformaları və üçüncü tərəf reklam şirkətləri daxil olmaqla başqa bir şirkət tərəfindən yerləşdirilir. Üçüncü tərəflərin yerləşdirdiyi kukləri, reklam şəbəkəsində üçüncü tərəfin bütün müştərilərindən hədəf reklamları çatdıra bilməsi üçün onlayn davranışınızın profilinin yaradılmasına imkan verən digər saytlara daxil olduğunuz zaman həmin üçüncü tərəflər tərəfindən oxuna bilər.
- Piksel Etiketləri və Veb Bekonlar
Piksel etiketlər (veb bekonlar) bizə sizin səciyyəvi tədbiri görüb-görmədiyinizi müəyyən etməyə imkan verən veb səhifələrdə, reklamlar və ya e-poçt məktublarımızda yerləşdirilmiş kiçik qrafik təsvirlər və kiçik şifrə bloklarıdır. Siz bu səhifələrə daxil olduğunuz və ya e-poçt məktubu açdığınız zaman piksel etiketlər bizə sizin veb səhifəyə daxil olduğunuzu və ya e-poçt məktubu açdığınızı bildirir. Bu alətlər bizə kommunikasiyalara cavabı qiymətləndirmək və vebsəhifə və həvəsləndirmə kampaniyalarımızı təkmilləşdirmək imkanını verir.
- Server jurnalları
Server jurnalları vebsaytlarımızda olan fəaliyyətlərini qeyd edir. Digər növ jurnallar proqramlarımızdan oxşar məlumatları toplayır. Bu jurnallar vebsayıtmıza daxil olmaq üçün istifadə etdiyiniz cihaz, əməliyyat sisteminizin növü, brauzerin növü, domen və digər sistem parametrləri barədə, habelə sisteminizin istifadə etdiyi və cihazınızın yerləşdiyi ölkə və saat qurşağı barədə məlumatı toplayır. Jurnallarımız həmçinin İnternetə qoşulmaq üçün istifadə etdiyiniz cihazın İP ünvanını da qeydə alır. İP ünvanı İnternetdə bir-birini müəyyən etmək və bir-biri ilə ünsiyyət qurmaq üçün cihazların tələb etdiyi unikal identifikatordur. Biz həmçinin sizin Visa sayıtna daxil olmadan öncə baş çəkdiyiniz vebsayt barədə və saytımızı tərk etdikdən sonra daxil olduğunuz vebsayt barədə də məlumatı toplaya bilərik.
-
-
Kukilər və digər onlayn məlumat toplama vasitələrindən bir çox fərqli məqsədlər üçün istifadə edirik.
- Çox zəruri kukilər və etiketlər Visa tərəfindən vebsaytlarımızın və proqramlarımızın əsas əməliyyatlarını dəstəkləmək üçün istifadə olunur. Bunlar identifikasiya, təhlükəsizlik, şəbəkənin idarəedilməsi və əlçatanlıq kimi əsas vebsayt funksiyalarını aktivləşdirir. Brauzerinizin parametrlərini dəyişdirərək bunları deaktivləşdirə bilərsiniz, lakin bu veb saytın işləməsinə təsir göstərə bilər.
- Analitik kukilər və etiketlər vebsayt ziyarətçilərinin məcmu fəaliyyətini ölçmək üçün istifadə olunur, bu da Visa-ya məzmunu optimallaşdırmağa imkan verir. Bunlar yalnız müəyyən ölkələrdə bu kukilərin defolt olaraq “aktiv” ola biləcəyi ayrı bir kuki kateqoriyası kimi qəbul edilir (öz seçiminizlə onları söndürmənizə imkan verilir). Əks halda, bu kukilər aşağıda sadalanan “performans və əməliyyat” kateqoriyası altında təsnif edilir və tələb olunduqda (məsələn, BK/AB-də) defolt olaraq “deaktiv” olacaq.
- Performans və əməliyyat kukiləri və teqlər vebsaytlarımızı idarə edilməsi üçün bizim və xidmət təminatçılarımız tərəfindən istifadə olunur. Bu fəaliyyətlərə veb saytımıza daxil olanlar barədə analitik məlumatların və vebsaytın istifadəsi haqqında məlumatların toplanması daxil ola bilər. Bu məlumatları biz hesabatların tərtib edilməsi və vebsaytımızın təkmilləşdirilməsi üçün istifadə edirik. Bu kukilər vebsaytımızın fəaliyyətini optimallaşdırılması məqsədi ilə məlumatın toplamasında köməklik göstərir.
- Sayt təcrübəsi kukiləri və teqləri təcrübənizi dəstəkləmək üçün istifadə olunur və onlara istifadəçi tərəfindən seçilmiş seçimləri və sayt naviqasiya vasitələri daxildir.
- Marketinq və fərdiləşdirmə kukiləri sosial paylaşımı təmin etmək və sizin üçün maraqlı olan reklamları sizə onlayn şəkildə çatdırmaq üçün istifadə olunur.
- Sosial media kuki və teqləri sosial media platformasına istifadəçilərin qoşulması və məzmunun saytlarımızda paylaşması məqsədi ilə bizim və sosial media platforması tərəfindən istifadə olunur. Biz həmçinin bu platformalardan istifadə edərkən sizə reklam göstərmək üçün sosial media platformaları ilə də işləyirik. Bu hədəfləmə platforma tərəfindən onun öz istifadə şərtlərinə əsasən həyata keçirilir.
- Reklam kukiləri və teqləri saytımızda və digər saytlarda sizə təqdim olunan reklamları fərdiləşdirməsi məqsədi ilə biz, xidmət təminatçılarımız və üçüncü tərəflər tərəfindən istifadə olunur. Bu kukilər onlayn fəaliyyətiniz haqqında məlumatı toplayır və sizə maraqlı ola biləcək reklamların göstərilməsinə imkan yaradır. Bu kukilər həm gördüyünüz reklamları, həm də həmin reklamla maraqlanıb-maraqlanmadığınızı qeydə alır. Bu kukilər gördüyünüz reklamların sizin üçün dəyərli olduğuna və təkrarlanmadığına zəmanət verir.
Visa vebsaytına daxil olduğunuz zaman biz üçüncü tərəflərin kukilərini və etiketlərini də yerləşdirə bilərik. Bu təcrübə, bizim vebsaytlarımızda bu texnologiyalardan istifadə etməklə, həmin üçüncü şəxslərə sizdən məlumatın toplaması üçün imkan yaradır. Onların topladıqları məlumatlar öz məxfilik siyasətlərinə tabedir.
Bizim server jurnallarımızda vebsaytlarımıza daxil olan istifadəçilər haqqında məlumatlar toplanır. Bu jurnallardan vebsaytın idarə edilməsi, optimallaşdırılması və təhlükəsizlik kimi daxili məqsədlər üçün istifadə edə bilərik. Məlumatlardan həmçinin saxtakarlıqdan qorunma, fərdiləşdirmə və reklam məqsədləri üçün də istifadə edə bilərik.
Kukilərin istifadəsi ölkə və ya ştata görə dəyişə bilər. Daha ətraflı məlumat əlavə məxfilik bildirişlərində Məxfilik Mərkəzində yerləşdirilir və ya müvafiq vebsayt və ya tətbiqdə təqdim olunur.
-
-
- Müəyyən ölkələrdəki vebsaytlar üçün Visa, sayta ilk daxil olduqda və ya qarşılıqlı əlaqədə olduğunuz Visa vebsaytının aşağısındakı Kuki Tərcihləri keçidinə daxil olduqda görünən bannerə klikləməklə vebsaytımızı göstərmək üçün çox zəruri olmayan kukiləri idarə etmək imkanı verir. Bir çox Visa veb saytı yalnız veb saytına ilk dəfə daxil olduğunuz zaman “Bütün kukiləri qəbul et” düyməsini basaraq bu kukiləri açıq şəkildə qəbul etsəniz, marketinq, fərdiləşdirmə və reklam kukilərini yerləşdirir. Kukiləri qəbul etmisinizsə, qarşılıqlı əlaqədə olduğunuz Visa vebsaytının aşağısındakı Kuki Tərcihləri keçidinə daxil olaraq tərcihlərinizi tənzimləyə bilərsiniz.
- Brauzerinizin parametrlərindən istifadə edərək, Visa və digər şirkətlərdəki kukiləri idarə edə və silə bilərsiniz. Chrome, Internet Explorer, Firefox və Safari kimi brauzerlər sizə kukiləri qəbul etmək, rədd etmək və ya silmək imkanı verir. Daha ətraflı məlumat əldə etmək üçün brauzerinizin “yardım mərkəzi”-nə daxil olun. Xahiş edirik unutmayın ki, brauzerinizin parametrləri Flash və ya Silverlight kukilərini idarə etmək üçün istifadə edilmir. Adobe Flash Kukilərini idarə etmək üçün Flash Player yardım səhifəsinədaxil olun. Microsoft Silverlight kukilərini idarə etmək üçün Microsoft-un məxfilik bəyanatındakı Silverlight bölməsinə daxil olun.
- Bundan əlavə şirkətlərin sizə təqdim etdiyi reklam üsullarını idarə etməyə imkan verən sənayedə maliyyələşdirilən proqramlardan faydalana bilərsiniz.
- Şəbəkə Reklam Təşəbbüsü (ŞRT) bir çox üçüncü tərəf reklam şirkətləri üçün bir imtina proqramını idarə edir. https://www.networkadvertising.org/consumer/opt_out.asp vebsaytına baş çəkməklə bir çox üçüncü tərəf reklam şirkətlərinin hədəfinə çevrilməkdən imtina etmək olar.
- Bəzi Visa vebsaytlarında siz müəyyən məqsədyönlü reklamlarda görünə bilən AdChoices nişanını görə bilərsiniz. Siz məlumatınızın toplanılması və istifadəsi və ya gələcəkdə məlumatın toplanılmasından imtina etmək barədə ətraflı məlumatı öyrənmək üçün AdChoices nişanı üzərinə klikləyə bilərsiz. Rəqəmsal Reklam Alyansının İstehlakçılarının Seçim aləti haqqında ətraflı məlumat əldə etmək üçün xahiş edirik http://optout.aboutads.info vebsaytına baş çəkin.
- Kuki və onlayn reklam seçimləri haqqında əlavə məlumat:
- Adobe Marketing Cloud: Əgər sizin bu vebsayt üçün Adobe Marketing Cloud tərəfindən yerinə yetirilən izləmə və hesabatvermə funksiyalarından özünüzü necə kənarlaşdırmaq üçün daha ətraflı məlumata ehtiyacınız varsa, xahiş olunur https://www.adobe.com/privacy/marketing-cloud.html ünvanında imtina səhifəsinə daxil olun.
- Google: Google Analytics-in datadan necə istifadə etdiyinə dair məlumat üçün bu ünvanda yerləşən “Google xidmətlərimizdən istifadə edən saytlar və ya proqramlardakı məlumatlardan necə istifadə edir” bölməsinə daxil olun: https://policies.google.com/technologies/partner-sites.
Əksər hallarda etdiyiniz seçim brauzerinizlə əlaqələndirilir. Fərqli brauzerlərdən və ya fərqli cihazlardan istifadə etsəniz, onların hər birinidə üstünlüklərinizi təyin etməlisiniz. Hətta imtina etsəniz belə, siz hələ də sizin üçün uyğunlaşdırılmamış və brauzer parametrləri ilə əlaqəsiz reklamlar ala bilərsiz.
Vebsaytlarımızın hazırda müxtəlif veb brauzerlərin “İzləməyin” siqnallarını tanımaq üçün mexanizminin olmadığına baxmayaraq biz əvvəlki bölümlərdə təsvir olunduğu kimi müştərilərimizə öz kuki istəklərini idarə etmək üçün seçimlər təklif edirik. Brauzer izləmə siqnalları və “İzləməyin” siqnalları barədə daha ətraflı məlumat əldə etmək üçün https://www.allaboutdnt.com ünvanına daxil olun.
Bəzi ölkələrin və ştatların sakinləri əlavə məxfilik hüquqlarına malikdirlər. Bu hüquqlar haqqında məlumat, Məxfilik Mərkəzində yerləşdirilmiş əlavə məxfilik bildirişlərində verilir.
-
-
Bizim vebsaytlarımız sizə sosial media platformaları vasitəsilə bizimlə və digər tərəflərlə qarşılıqlı əlaqəyə girmək imkanı yarada bilər. Bu funksiyanallıq sosial media kukiləri və etiketlərindən istifadə etməklə aktivləşdirilmişdir. Məsələn, bəzi Visa vebsaytları və proqramlar sizə sosial media platformaları məlumartlarından istifadə edərək daxil olmaq imkanı yaradırlar. Xahiş edirik, məlumatlarınızı necə istifadə etdiklərini başa düşmək və seçimlərinizi idarə etmək üçün sosial media platformalarınız tərəfindən verilmiş məxfilik bəyannamələrini oxuyun.