Visa, Inc. Rüşvətxorluğa Qarşı Mübarizə Siyasəti
1.0 Məqsəd
Visa Inc. bu Rüşvətxorluğa Qarşı Mübarizə Siyasətini (“Siyasət”) ABŞ Xarici Korrupsiya Təcrübələri Aktının, BK Rüşvətxorluq Aktının və bütün dünyada rüşvətxorluğa qarşı tətbiq edilən digər qanunların tələb və məhdudiyyətlərinə riayət etmək üçün qəbul etmişdir.
2.0 Əhatə Dairəsi
Bu Siyasət Visa, Inc. və onun alt şirkətlərinin (“Visa” və ya “Şirkət”) bütün direktorlarına, məmurlarına, işçilərinə və rezerv işçilərinə (“Visa işçiləri”) şamil edilir. Bu Siyasət Biznes Davranışı və Etika Kodeksi və Səyahət və Xərclər və Satınalma Kartı Proqram Siyasəti daxil olmaqla, Şirkətin digər siyasətləri, prosedurları və təlimatları ilə birlikdə oxunmalıdır. Bununla belə, bu Siyasət daha məhdudlaşdırıcı olduğu halda, o, Şirkətin digər tətbiq olunan siyasət və prosedurlarını (hədiyyələr, yeməklər və ya əyləncələr daxil olmaqla) əvəz edir. Bu Siyasət digər dillərə tərcümə oluna bilər və tərcümə olunarsa, ingilis dilindəki versiyaya üstünlük verilir.
Regional Etika və Uyğunluq və Hüquq Departamentləri əvvəlcədən təsdiqləmə prosedurlarının tələb olunduğu coğrafi və ya ölkə üzrə xüsusi xərc hədlərini hazırlaya bilər. Regional Etika və Uyğunluq və Hüquq Departamentləri bu Siyasətlə bağlı suallara cavab verə və istənilən bazara dair prosedurlar haqqında təlimat verə bilərlər.
3.0 Siyasət Bəyannaməsi
Şirkət bazarda ədalətli və dürüst rəqabət yolu ilə uğurlu biznes aparmağa çalışır. Bu Rüşvətxorluğa Qarşı Mübarizə Siyasətinə və Rüşvətxorluğa Qarşı Mübarizə Siyasəti Təlimatlarına (Əlavə A) riayət etmək Şirkətdə hər kəsin məsuliyyətidir. Direktorlar Şurası və onun Audit və Risk Komitəsi, Baş İcraçı Direktor, rəhbərlik və Baş Etika və Uyğunluq Direktoruna şirkətin öz biznes fəaliyyətlərində ən yüksək hüquqi və etik standartlara cavab verməsini təmin etmək üçün xüsusi tapşırıq verilmişdir. Visa öz biznesini həyata keçirərkən rüşvətxorluğa qarşı qüvvədə olan qanunların tələblərinə əməl edəcəkdir. Kiminsə qərarlarına və ya davranışına qeyri-qanuni təsir göstərmək niyyəti ilə və ya qanunsuz iş görməsi üçün mükafat olaraq birbaşa və ya dolayı yolla dəyərli hər hansı bir şey və ya hər hansı imtiyaz vəd etmək, təklif etmək, qəbul etmək və ya tələb etmək qəti qadağandır.
Şirkət rüşvətxorluğa qarşı qanunlar üzrə öz öhdəliklərinə əməl etməyə çalışır. Nyu-York Fond Birjasında ticarət edilən ABŞ korporasiyası kimi Şirkət ABŞ Xarici Korrupsiya Təcrübələri Aktına (FCPA) tabedir. FCPA, ABŞ-dan olmayan dövlət məmurlarına (ABŞ-dan olmayan dövlət məmurlarının bütün səviyyələrdəki işçiləri, habelə dövlətə məxsus və ya dövlətin nəzarətində olan kommersiya müəssisələrinin işçiləri, məsələn, dövlət maliyyə institutu və ABŞ-dan olmayan siyasi namizədlər, siyasi partiyalar və ya partiya rəsmiləri və ictimai beynəlxalq təşkilatlar) onların vəzifə səlahiyyətindən hansısa bir qanunsuz məqsəd üçün istifadə etməsi və ya hansısa qərarı verməsi üçün təsir göstərmək niyyəti ilə birbaşa və ya dolayı olaraq dəyərli hər hansı bir şey vəd etməyi, təklif etməyi və ya verməyi qadağan edən cinayət müddəaları olan qanundur. FCPA bütün dünyada Şirkətin və Visa işçilərinin davranışlarına şamil edilir. Şirkət həmçinin ABŞ hökumət işçiləri tərəfindən qəbul edilə bilən biznes mükafatları ilə bağlı bir sıra qanun və qaydalara tabedir. Bu qaydaları pozaraq ABŞ hökumətinin dövlət rəsmisinə və ya əməkdaşına hədiyyə, hörmət və ya digər hədiyyələrin vəd edilməsi, təklif edilməsi və ya çatdırılması yalnız Şirkət siyasətini pozmaq deyil, həm də cinayət məsuliyyəti yarada bilər.
Şirkət və Visa işçiləri həmçinin 2010-cu il BK Rüşvətxorluq Aktına (“Rüşvətxorluq Aktı”) əməl etməlidirlər. Rüşvətxorluq Aktı həm dövlət məmurlarına rüşvət verməyi, həm də kommersiya rüşvətini qadağan edir. Rüşvətxorluq Aktı rüşvət təklif etməyi, vəd etməyi və ya verməyi (bu Rüşvətxorluğa Qarşı Mübarizə Siyasəti çərçivəsində maliyyə və ya digər üstünlük deməkdir); rüşvət tələb etmək, almağa və ya qəbul etməyə razılıq vermək; və ya xarici dövlət məmuruna rüşvət verməyi cinayət hesab edir. Şirkət həmçinin onun adından həyata keçirilən rüşvətxorluğun qarşısını ala bilmədiyinə görə məsuliyyətə cəlb oluna bilər və alt şirkətlər tərəfindən göstərilən xidmətlər də daxil olmaqla, Şirkət üçün və ya onun adından xidmət göstərənlər tərəfindən rüşvətxorluğun qarşısını almaq üçün adekvat prosedurları həyata keçirməyə borcludur.
FCPA və Rüşvətxorluq Aktı ilə yanaşı, Şirkət dünya üzrə rüşvətə qarşı digər qanunlara tabe ola bilər.
Rüşvətxorluğa qarşı qanunu pozaraq hər hansı bir ölkənin Dövlət Məmuruna və ya Hökümət İşçisinə (Əlavə A-da müəyyən edildiyi kimi) dəyərli hər hansı bir şey vermək və ya təklif etmək və ya hər hansı bir hissəsinin həmin məmura təklif ediləcəyini bilərək üçüncü şəxslərə qeyri-qanuni ödənişlər etmək qəti qadağandır. Həvəsləndirici ödənişlər — hökumətin gündəlik işlərinin icrasını sürətləndirmək və ya mütləq şəkildə yerinə yetiriləcəyini təmin etmək üçün ödənişlər də qadağandır.
Nəhayət, bir çox rüşvətxorluğa qarşı qanunlar həmçinin özəl şəxslərə rüşvət və ya faiz vəd etməyi, təklif etməyi və ya ödəməyi qadağan edir. Bu Siyasət hər hansı üçüncü tərəfə, o cümlədən müştəriyə, potensial müştəriyə, satıcıya və ya digər iş ortağına onun biznes qərarlarına təsir etmək və ya onu mükafatlandırmaq dəyərli nəsə və ya hər hansı digər üstünlük vəd etməyi, təklif etməyi, verməyi, qəbul etməyi və ya tələb etməyi qadağan edir.
4.0 Hesabatlılıq
4.1 Siyasət və Proqram Sahibi
Baş Etika və Uyğunluq Əməkdaşı Siyasət və Proqram Sahibidir və Siyasəti idarə edəcək və bu Siyasəti həyata keçirmək və məqsədlərinə nail olmaq üçün prosedurları, alətləri, kommunikasiya və təlimləri özündə əks etdirən siyasət çərçivəsini hazırlayacaq. Qlobal Etika və Uyğunluq Siyasət üzrə müvafiq Visa heyətinə keçilən illik təlimə nəzarəti təmin etməlidir.
4.2 İcraçı Sponsor
Siyasət üzrə İcraçı Sponsor Baş Müşavirdir.
4.3 Siyasətə Nəzarət
Korporativ Risk Komitəsi (CRC) Qlobal Etika və Uyğunluq tərəfindən vaxtaşırı yeniləmələr vasitəsilə bu Siyasət üçün idarəetmə nəzarətini təmin etməlidir.
4.4 İstisnalar
Bu Siyasət üzrə istisnalar Siyasət Sahibi, Siyasət Hüquq Məsləhətçisi və CRC tərəfindən əvvəlcədən təsdiqlənməlidir. Siyasət Sahibi istənilən istisnaları və ya Siyasətdən imtinaları izləyəcək.
5.0 Pozuntuların Araşdırılması
Şirkət bu Siyasətin hər hansı pozuntusu və ya pozulma şübhəsi ilə bağlı daxil olan bütün məruzələri araşdıracaq və vicdanla verilmiş məruzə və ya şikayətlərə görə hər hansı cavab tədbirinə imkan verməyəcək. Visa Biznes Davranışı və Etika Kodeksi hesabat və ya şikayət edənlərin hamısını qoruyur və Visa işçilərinin qanun pozuntularının daxili araşdırmalarında əməkdaşlıq etməsi gözlənilir.
Bu Siyasətə, Şirkətin Biznes Davranışı və Etika Kodeksinə və ya qüvvədə olan qanuna zidd olan hər hansı davranış yerli qanunvericilik tələblərinə uyğun olaraq, xitam da daxil olmaqla, intizam tədbirlərinə səbəb ola bilər.
6.0 Siyasətin Nəzərdən Keçirilməsi
Siyasət Sahibi Siyasəti ən azı ildə bir dəfə nəzərdən keçirməyə görə məsuldur ki, onun aktual qaldığını və bəyan edilmiş biznes məqsədlərinə cavab verməkdə təsirli olduğunu təsdiq etsin və lazım gəldikdə CRC-yə yeniləmələri tövsiyə etsin.
7.0 Siyasətə Uyğunluğun Təsdiqi
Bu Siyasət və onun prosedurları həyata keçirilməsinin effektivliyini və Siyasətlə davamlı uyğunluğu müəyyən etmək üçün dövri olaraq Qlobal Etika və Uyğunluğun qiymətləndirilməsinə və/yaxud Daxili Audit yoxlamasından keçirilir. Nəticələr və təsirin azaldılması strategiyaları müvafiq maraqlı tərəflərlə nəzərdən keçirilə bilər. Əhəmiyyətli tapıntılar, müvafiq olaraq, CRC və/və ya Direktorlar Şurasına və ya onun həvalə edilmiş komitəsinə məruzə edilməlidir.
8.0 Əlaqədar Sənədlər
- Səyahət və Xərc və Satınalma Kartı Proqram Siyasəti
- Qlobal Kart Proqram Təlimatları — Səyahət və Xərclər və Satınalma Kartı
- Biznes Davranışı və Etika Kodeksi
- Rüşvətxorluğa Qarşı Mübarizə Siyasəti Təlimatları