Saxtakarlıq hallarını azaldır
ABŞ-ın yerli kredit birliyi Visa-nın Analitik Platformasından istifadə etməklə saxtakarlıq hallarını 60 faiz azaldıb.
Saxtakarlıq hallarının azaldılması üçün konkret hal təhlilini nəzərdən keçirin4
Visa-nın Analitik Platforması,¹ hamısı Visa-nın qlobal ödənişlər şəbəkəsi və ən müasir səviyyədə olan verilənlər təhlilinin nəzəriyyəsi və üsulları ilə dəstəklənən, verilənlər təhlilinin nəticələrini və sahə üzrə standartı təmin edən effektiv tətbiqi proqramlar paketidir.
Nəticələri kart sahibi, ticarətçi və tranzaksiya səviyyəsində təhlil etməyə kömək edə biləcək, Visa portfelinizdə yer alan Visa-nın² debet, kredit və əvvəlcədən ödənmiş kartları üzrə üç illik məlumatları³ asanlıqla əldə edin. Heç bir texnologiya ilə inteqrasiyaya ehtiyac yoxdur
Visa-nın Analitik Platforması sizə saxtakarlıq hallarını azaltmaqda, effektivliyi artırmaqda və s. kömək edərək, biznesin əsas istiqaməti və ortaya yeni çıxmış məsələlər üzrə real nəticələr verir.
ABŞ-ın yerli kredit birliyi Visa-nın Analitik Platformasından istifadə etməklə saxtakarlıq hallarını 60 faiz azaldıb.
Saxtakarlıq hallarının azaldılması üçün konkret hal təhlilini nəzərdən keçirin4
ABŞ-ın böyük kart verən qurumu Visa-nın Analitik Platformasından artıq işçi götürülməsinin qarşısını almaq və müştəriyə xidmətin keyfiyyətini yüksəltmək üçün istifadə edir.
Effektivliyin artırılması üçün konkret hal təhlilini nəzərdən keçirin4
Visa-nın Analitik Platforması kart verən qurumlara, alıcı banklara və xüsusi brend stilinə malik ticarətçilərə görünməmiş imkanlar aşkar etməyə kömək edə biləcək geniş çeşidli tətbiqetmə proqramları, nəzarət panelləri, hesabatlar və alətlər təklif edir.
Portfel Diaqnostika proqramı kart verən qurumlara, onların istehlakçı və kiçik biznes kartları üzrə portfelində yer alan debet, kredit və əvvəlcədən ödənmiş kartlar barədə göstiriciləri tez nəzərdən keçirməyə imkan verir. O, istifadə, kanal, beynəlxalq və ticarətçi seqmentləri üçün əsas fəaıliyyət sahələri nəticələri üzrə bərabərsəviyyəli rəqiblər qrupuna aid daha effektiv üsulların müqayisəsi yolu ilə edilən təhlillə təkmilləşdirilmişdir.
Visa-nın Potensial Səyahətçinin Göstəricilər Proqramı kart sahibinin səyahət təcrübəsini yaxşılaşdırmaq və beynəlxalq gəlirləri artırmaq üçün, kart verən qurumlara marketinq kampaniyalarını planlaşdırmaqda və onlara hədəflənməkdə kömək edə biləcək, kart sahibinin səyahət davranışları ilə əlaqəli olan, proqnozlaşdırıla bilən maşın öyrətmə paketidir.
Kart verən qurumlara, onların Visa portfelində olan debet, kredit və əvvəlcədən ödənmiş kartlar üzrə aktiv hesablar və kart sahibinin ortaya çıxması ilə əlaqəli tendensiyaları daha yaxşı anlamaqda kömək edir. O, aylıq tendensiyalarla təmin etdiyinə görə, siz keçən il üçün olan məlumatları çox tez təhlil edə bilərsiniz6.
Ümumi məlumatlara tez cavablar əldə etmək üçün asanlıqla standart hesabatlar yaxud onları ətraflı təhlil etmək üçün fərdi hesabatlar formalaşdırın.
Fərdi şəkildə seqmentlərə ayrılmış kart sahibi davranışı yaradılması yolu ilə əldə edilmiş effektiv təhlillər
Başlamaq və dəstək əldə etmək asandır
¹ Bütün standartlar yalnız bərabərsəviyyəli rəqiblər qrupu üzrə və daha effektiv üsulların müqayisəsi yolu ilə təhlil edilmişdir.
² Visa-nın Analitik Platformasına hal-hazırda yalnız kart verən qurumlar, alıcı banklar və xüsusi brend stilinə malik ticarətçilər giriş əldə edə bilərlər.
³ Üç illik məlumatlar mövcud olduğu hallarda..
4 Bu konkret hal təhlili “AS IS” üçün təmin edilmişdir və o yalnız məlumat vermək üçündür. Visa korporasiyası bu sənəddə verilən məlumatların tamlığına və dəqiqliyinə zəmanət vermir yaxud onları təsdiqləmir, həmçinin bu cür məlumatlar əsasında ortaya çıxan nəticələr üçün məsuliyyət daşımır və ya cavabdeh deyil. Oxucular iş, marketinq, hüquq və s. sahələr üzrə məsləhətlərin tərkib hissəsi olan bu cür məlumatlara etibar etməməlidirlər. Bu konkret hal təhlili xüsusi biznes ehtiyaclarınız, bütün müvafiq qanun və qaydalar nəzərə alınmaqla müstəqil şəkildə qiymətləndirilməlidir.
5 Portfel Diaqnostika Proqramı, Kart sahibinin Təhlili Paneli və Debet Metro Paneli yalnız kart verən qurumlar üçün mövcuddur.
6 Bir illik məlumatlar mövcud olduğu hallarda.