Xaricdəki yaxınlarınızın Visa kartına köçürmələr
Bu xidmət nə üçün lazımdır?
Visa kartlarına sürətli köçürmə xidməti dərhal pul köçürmək və ödəniş etmək imkanı verir
Necə istifadə etməli?

1-ci addım: 16 rəqəmli kart nömrəsini öyrənin
Karta pul köçürmək üçün bunu bilməyiniz kifayətdir. Siz bu nömrəni rahatlıqla yaxınlarınıza və dostlarınıza ötürə bilərsiniz – bu, təhlükəsizdir.
! Köçürmə üçün kart nömrəsi verərkən, heç vaxt kartın PIN-kodunu, istifadə müddətini və CVV2 kodunu hətta yaxşı tanıdığınız insanlara belə bildirməyin.

2-ci addım: Köçürmə üsulunu seçin
Visa kartlarına sürətli köçürmə xidmətindən istifadə etməyin bir çox üsulları var.

3-cü addım: Köçürməni həyata keçirin
Pullar demək olar ki, dərhal karta köçmüş olacaq.
Bu gün əksər banklar Visa ödəniş sistemi daxilində pulların demək olar ki, dərhal köçürülməsinə imkan verir. Pulları tez əldə etmək istəyirsinizsə, bankınızdan Visa kartlarına sürətli köçürmə xidmətindən istifadə zamanı köçürülmə sürəti barədə məlumat alın.
Ümumi suallar
-
Kartlara sürətli köçürmə - Visa kart sahiblərinin harada olmasından asılı olmayaraq, kartlarına rahat və sürətli pul köçürmək imkanı verən xidmətdir. Pul köçürmək üçün alıcının Visa kartının 16 rəqəmli nömrəsini bilmək kifayətdir. Siz pul vəsaitini bankomat, mobil telefon, internet və ya terminal vasitəsilə göndərə bilərsiniz.
-
Banklar köçürməyə görə komissiyanı öz mühakimələrinə uyğun təyin edir. Komissiyalar barədə ətraflı məlumatı bankınızın saytında şəxsi kabinetinizdə axtara bilərsiniz.
-
Xidmətin istifadə şərtlərində qeyd edilib ki, transaksiya 30 dəqiqədən çox vaxt aparmır, lakin əsasən pullar alıcının hesabına bir neçə saniyə ərzində köçürülür.
-
İstənilən valyutada pul köçürmək mümkündür. Visa kartına pul köçürərkən məbləğ avtomatik olaraq hesaba kartın valyutasında köçürülür.
-
Visa kartlarına sürətli köçürmə xidməti dünyanın 20-dən çox ölkəsində aktivdir. Siz bu siyahıdakı ölkələrin istənilən birində olarkən istənilən birinə pul köçürə bilərsiniz*.
* Məhdudiyyətlər tətbiq olunur. Zəhmət olmasa, məlumatı bankınızla dəqiqləşdirin.
-
Bakınız Visa kartlarına sürətli köçürmə xidmətini təqdim edirsə, kartlarının hansı bank tərəfindən buraxılmasından asılı olmayaraq, digər Visa kartlarının sahiblərinə rahat şəkildə pul köçürə bilərsiniz.
-
Ola bilsin ki, bankınız hələ bu xidməti dəstəkləmir. Məlumatı “pul köçürmələri” menyusunda dəqiqləşdirməyə çalışın. Həmçinin bu xidməti təqdim edən istənilən bank vasitəsilə Visa kartınızdan pul köçürə bilərsiniz.
-
Hər bir halda komissiya miqdarını köçürmə xidmətini təqdim edən bank təyin edir. Komissiyalar barədə ətraflı məlumatı bankınızın saytında tapa bilərsiniz.
-
Bu məlumatı bankınızın saytında axtarmalısınız.
-
Visa kartlarına sürətli köçürmə xidmətindən onlayn və ya ən yaxın ödəniş terminalında istifadə edin.
-
Məbləğ kartınızdan çıxılmadan öncə sizdən köçürmənin düzgünlüyünü təsdiqləməyi xahiş edəcəklər. Çıxılma təsdiqlənmə olmadan həyata keçirilə bilməz.
-
Köçürmənin statusunu aydınlaşdırmaq üçün sizə Visa kartlarına sürətli köçürmə xidmətini təqdim edən operatora müraciət edin.
-
Köçürmə üçün alıcının Visa kartının 16 rəqəmli nömrəsini bilmək kifayətdir.
-
Visa kartı əldə etmək üçün üzərinizdə şəxsiyyətinizi təsdiq edən sənədlə istənilən bank şöbəsinə müraciət edərək müvafiq ərizəni təqdim etməlisiniz.
Təhlükəsizlik
-
Visa daimi müşahidəni və fırıldaqçılıq hallarına yol verməmək üçün ötürülən məlumatın şifrələnməsini təmin edərək, kartınız üzrə bütün əməliyyatların etibarlı müdafiəsini təqdim edir.
-
Visa kartlarına sürətli köçürmə xidməti vasitəsilə köçürmə etmək üçün Visa kartınızın nömrəsini digər şəxsə ötürmək tamamilə təhlükəsizdir. Lakin heç bir halda kartınızın PIN-kod və CVV/CVC2 kimi məlumatlarını bildirməyin, belə ki, bu məlumatlar şəxsi hesabınıza giriş imkanı yaradır və kartınızdan pul çıxmağa, yaxud köçürməyə icazə verir.
-
Heç vaxt və heç bir halda kartınızın PIN-kod və CVV/CVC2 məlumatlarını bildirməyin, belə ki, bu məlumatlar şəxsi hesabınıza giriş imkanı yaradır və kartınızdan pul çıxmağa, yaxud köçürməyə icazə verir.
-
Əgər siz 16 rəqəmli kart nömrəsini yazarkən təsadüfən səhv etmisinizsə, pul vəsaiti köçürülməyəcək, çünki bu nömrəyə malik kart mövcud deyil. Hər bir kart nömrəsində səhvi aşkarlamağa kömək edən əlavə rəqəm mövcud olur.
-
Əgər Visa kartından pul köçürürsünüzsə, PIN-kodu məbləğ çıxılmazdan öncə daxil etmək lazım olacaq. İnternet-bankda köçürmə zamanı VbV şifrəsini və ya internet-bankın loqin və şifrəsini daxil etmək lazımdır.
Köçürmə üsulları
-
- Bankomatın menyusuna daxil olun.
- “Visa kartına köçürmə” xidmətini seçin.
- Visa kartını daxil edib PIN-kodu yazın.
- Alıcının kart nömrəsini yazın.
- Visa kartınızdan göndərmək istədiyiniz məbləği yazın.
- Alıcının Visa kartının nörməsinin, köçürülən məbləğin, komissiya miqdarının düzgünlüyünü yoxlayın və köçürməni təsdiqləyin.
-
- Visa kartlarına sürətli köçürmə xidmətini təqdim edən ticarət məntəqəsini seçin.
- Kassadakı əməkdaşa Visa kartlarına sürətli köçürmə xidmətindən istifadə etmək istədiyinizi bildirin.
- Əməkdaşa alıcının Visa kartının nömrəsini bildirin.
- Əməkdaşa ad və soyadı bildirin (MBD və digər ölkələrə köçürmə üçün)
- Əməkdaşın alıcının kart nömrəsini düzgün daxil etməsini yoxlayın və komissiya məbləğini dəqiqləşdirin.
- Köçürmə məbləğini əməkdaşa təqdim e
- Pul vəsaitinin alıcının Visa kartına köçməsi üçün bir neçə saniyədən 2 bank gününədək müddət tələb oluna bilər.
-
- Telefonda bank tətbiqini və ya “Elektron pulqabı”nı açın.
- Visa kartlarına sürətli köçürmə xidmətini seçin.
- Vəsaitin mənbəyini seçin.
- Alıcının Visa kartının nömrəsini daxil edin. Köçürmək istədiyiniz məbləği daxil edin.
- Alıcının Visa kartının nörməsinin, köçürülən məbləğin, komissiya miqdarının düzgünlüyünü yoxlayın və köçürməni təsdiqləyin.