- Premium kart sahibi uçuşdan ən azı 12 saat əvvəl Visa Concierge xidmətinə müraciət etməli və aşağıdakı məlumatları təqdim etməlidir:
- sərnişinin adı və soyadı;
- reysin tarixi, saatı və nömrəsi;
- sərnişinin əlaqə nömrəsi;
- həmçinin Visa Platinum, Visa Signature, Visa Infinite, Visa Platinum Business və ya Visa Signature Business preium kartının sahibi kimi “Visa-dan Fast Line” aksiyasının iştirakçısı olduğunu qeyd etməlidir.
- Aeroport əməkdaşı müraciəti aldıqdan sonra sərnişinə hansı terminala yönəlməli olduğunu bildirir.
- Aeroport əməkdaşı sərnişini lazımlı terminal girişində lövhə ilə qarşılayır və “Salam Service” stendinə ötürür.
- Bundan sonra sərnişini sürətli keçid qeydiyyatı stendinə ötürürlər. “Visa-dan Fast Line” istifadəçisi həmçinin qeydiyyat nöqtəsinədək olan bölgədə keçərli portye xidmətlərindən istifadə edə bilər (daha sonra bu xidmətə görə ayrıca ödəniş tələb olunur).
üvafiq nöqtələrdə qeydiyyat və baqaj təhvili zamanı sərnişin aeroport əməkdaşlarına reys biletini təqdim etməlidir. Aeroport əməkdaşı sənədləri yoxladıqdan sonra sərnişini reys üçün qeydiyyata alır.
Əgər sərnişinin bəyan etməli olduğu əşyaları olarsa, aeroport əməkdaşı sərnişini müvafiq stendə ötürüb gömrük bəyannaməsinin doldurulmasına kömək edir. Daha sonra sərnişin sürətli yoxlanış zonasına yönləndirilir. - Həmçinin “Visa-dan Fast Line” xidmətinin istifadəçisi baqajı təhvil verməzdən öncə “Salam Gold Service” üstünlüyünə daxil olan bir ədəd baqajın qablaşdırılması xidmətindən pulsuz istifadə edə bilər.
- Sərnişin təhlükəsizlik zonasına daxil olarkən yoxlama üçün minik talonunu təqdim etməlidir. Şəxsi yoxlamadan keçmək və əl yükünü rentgen aparatı ilə yoxlama üçün təhvil vermək lazım gələcək. Daha sonra sərnişini sürətli pasport yoxlaması nöqtəsinə yönləndirəcəklər.
- Sərnişin pasport yoxlaması zamanı bir daha minik talonunu yoxlama üçün təqdim etməli olacaq.
- Bütün lazımlı prosedurlar həyata keçirildikdən sonra sərnişini minik üçün ümumi gözləmə zalına yönləndirəcəklər.
Səyahətlər Visa ilə daha komfortlu keçsin
31 dekabr 2024 tarixinədək Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda Visa Platinum, Visa Signature, Visa Infinite, Visa Platinum Business və Visa Signature Business premium kart sahibləri üçün keçərli “Visa-dan Fast Line” xidmətinin bütün üstünlüklərindən yararlanın.
“Visa-dan Fast Line” ilə mümkündür:
- sürətləndirilmiş reys qeydiyyatı proseduru;
- portye xidməti ilə baqajın sürətli çatdırılması;
- gediş və gəliş zamanı pasport yoxlanmasından növbəsiz keçid.
İl ərzində keçərli xidmət sayı: Visa Platinum — 2 dəfə, Visa Signature — 4 dəfə, Visa Infinite — 6 dəfə, Visa Platinum Business — 2 dəfə, Visa Signature Business — 4 dəfə.
1 iyun 2024 tarixindən etibarən premium Visa kart sahibləri özləri ilə 12 yaşından kiçik bir uşağı da götürə bilərlər. Bir şərtlə ki, uşaq böyüklə eyni reysdə səyahət etməlidir.
“Visa-dan Fast Line” üstünlüyünə aeroportdan gediş zamanı “Salam Gold Visa” və gəliş zamanı “Salam Platinum Visa” xidmətləri daxildir.
“Fast Line: Salam Gold Visa” xidmətindən necə istifadə etmək olar (gediş)
“Fast Line: Salam Platinum Visa” xidmətindən necə istifadə etmək olar (gəliş)
- Premium kart sahibi uçuşdan ən azı 12 saat əvvəl Visa Concierge xidmətinə müraciət etməli və aşağıdakı məlumatları təqdim etməlidir:
- sərnişinin adı və soyadı;
- reysin tarixi, saatı və nömrəsi;
- sərnişinin əlaqə nömrəsi;
- həmçinin Visa Platinum, Visa Signature, Visa Infinite, Visa Platinum Business və ya Visa Signature Business preium kartının sahibi kimi “Visa-dan Fast Line” aksiyasının iştirakçısı olduğunu qeyd etməlidir.
- Aeroport əməkdaşı sərnişini lövhə ilə Terminal 1 girişində perron tərəfdə qarşılayacaq.
- Aeroport əməkdaşı sərnişini sürətli pasport yoxlanması məntəqəsinədək ötürəcək və növbəsiz qeydiyyatı həyata keçirəcək.
- Pasport yoxlamasını sürətli keçdikdən sonra aeroport əməkdaşı sərnişini Terminal 2-dəki premium-lounca ötürəcək.
- Bu zaman sərnişin baqaj talonunu portyeyə verib baqajın alınması prosesini ona tapşıra bilər. Lazım gəldikdə sərnişinə gömrük bəyannaməsinin doldurulmasında da kömək ediləcək.
Əgər sərnişin “Visa-dan Fast Line” xidmətindən imtina etmək istəyərsə, bu barədə uçuşdan ən azı 3 saat öncə Visa Concierge çat-botuna məlumat verməlidir.
Təklif 31 dekabr 2024 tarixinədək keçərlidir.
İstifadə şərtləri
Girişdən yararlanmaq üçün smartfon və ya ağıllı saatdan istifadə etməklə Google Pay və ya Apple Pay vasitəsilə Visa Platinum, Visa Signature və Visa Infinite kartları ilə son 35 gün ərzində 100 AZN məbləğində ödəniş etmək lazımdır.
3 dekabr 2024 tarixindən istifadə şərtləri
Xidmətdən yararlanmaq üçün smartfon və ya smart-saatdan istifadə etməklə Google Pay və ya Apple Pay vasitəsilə Visa Platinum, Visa Signature və Visa Infinite kartları ilə son 35 gün ərzində 300 AZN məbləğində ödəniş etmək lazımdır.
Sual-Cavab
-
1 iyun 2024 tarixindən etibarən xidmətin istifadəçisi ilə yanaşı, onunla eyni reysdə səyahət edən 12 yaşından kiçik uşaqları da servisin üstünlüklərindən yararlanmaq imkanı əldə edir.
-
Gediş – Salam Gold Visa: Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuş zamanı qeydiyyat və baqaj təhvili prosedurlarından sürətli keçid. Xidmətə həmçinin bir sərnişin üçün bir ədəd baqajın pulsuz qablaşdırılması da daxildir.
Gəliş – Salam Platinum Visa: Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş zamanı qeydiyyat prosedurundan sürətli keçid. Xidmətə həmçinin sərnişinin portye tərəfindən Terminal 2-dəki premium zala ötürülməsi də daxildir.
-
Ukrayna, Qazaxıstan, Serbiya, Moldova, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Şimali Makedoniya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina və Kosovoda buraxılmış Visa Platinum, Visa Signature, Visa Infinite, Visa Platinum Business və Visa Signature Business kartları üçün keçərlidir.
-
Premium kart sahibləri xidmətdən sonuncu istifadədən sonra 24 saat ərzində 1 dəfə istifadə edə bilər. Visa Platinum və Visa Platinum Business premium kartlarının sahibləri xidmətdən il ərzində 2 dəfə, Visa Signature və Visa Signature Business kart sahibləri 4 dəfə, Visa Infinite kart sahibləri 6 dəfə istifadə edə bilərlər.