Sea Breeze ərazisinə birdəfəlik giriş üçün qolbaq qazanan 10 qalibdən biri olun

Təklif artıq keçərli deyil. Visa-nın bütün aktual təkliflərinə baxın

Paris 2024 Olimpiya Oyunlarını gözləyərkən Visa-nın müsabiqəsində iştirak edin və Sea Breeze ərazisinə birdəfəlik giriş imkanı verən 10 ədəd qolbaqdan birini qazanmaq şansı əldə edin.

Hədiyyəni əldə etmək üçün bir qədər çalışmalı olacaqsınız, daha dəqiq desək, gəzməli olacaqsınız. Müsabiqə 3 həftə davam edəcək və siz bu 3 həftə içində ardıcıl 5 gün seçib hər gün 10 000 addım atmalısınız!

İştirak şərtləri:

  1. Visa-nın Instagram səhifəsini izləyin (@visaaz_official).
  2. Müsabiqə müddətində ardıcıl 5 gün seçib hər gün 10 000 addım atın və addımlarınızın sayı görünən foto, yaxud fitness tətbiqinin ekran görüntüsünü paylaşın.
  3. Hər dəfə bu hekayələrinizdə Visa-nın @visaaz_official səhifəsini də işarələyin.
  4. Müsabiqə müddətində hesabınızın hər kəsə açıq olduğundan əmin olun.

Diqqət! Hər kəs hekayələri şəxsi Instagram hesabında özü yaratmalı və paylaşmalıdır.

Müsabiqədə yalnız 18 yaşına çatmış şəxslər öz gerçək hesabları ilə iştirak edə bilər.

10 qalibdən hər biri yalnız 1 ədəd qolbaq əldə edə bilər.

Qaliblər (əsas və ehtiyat) 7 avqust 2024 tarixində Visa-nın Instagram səhifəsindəki (@visaaz_official) canlı yayımda təyin olunacaq.