Visa ilə avtomobil icarəsinə 10% endirim

Rentalcars.com onlayn icarə xidməti ilə avtomobil seçin və qənaət edin. Komfortlu səyahətdən zövq alın. 15 iyun 2027 tarixinədək xidməti Visa kartı ilə ödədikdə Rentalcars.com saytında avtomobil icarəsinə 10% endirim əldə edəcəksiniz.

Təklifin şərtləri:

  • Rentalcars.com-da avtomobil bron edin, müvafiq Visa kartı ilə ödəyin və avtomobilin icarə qiymətinə 10% endirim əldə edin.
  • Xidmətdən bu Visa kartlarının sahibləri yararlana bilər: Visa Gold, Visa Platinum, Visa Signature, Visa Infinite, Visa Private, Visa Infinite Privilege, Reloadable Visa Prepaid, Visa Platinum Business, Visa Signature Business.
  • Nəzərə alın ki, avtomobil icarəsi üçün icazə alarkən sürücü qeydiyyat masasında depozitin bloklanması üçün kifayət qədər vəsaiti olan Visa kredit kartını (ön ödəməli və ya debet kartları qəbul edilmir) təqdim etməlidir.
  • Endirim avtomobilin icarə qiyməti əsasında hesablanır və əlavə xidmətlər nəzərə alınmır (sığorta, ikinci sürücüyə görə əlavə ödəniş, tək yöndə avtomobil icarəsi, uşaq oturacağı, naviqasiya və s.)
  • Endirim fakt üzrə ödənişli bronlara yox, yalnız onlayn bron və ödənişlərə aid edilir.
  • Endirimi əldə etmək üçün bu linkdən Rentalcars.com saytına daxil olmalı, yaxud bunu mobil tətbiq və ya reklam təklifi vasitəsilə etməlisiniz. Birbaşa rentalcars.com saytında bron sizə endirim haqqı vermir.
  • Müştəri sifarişin tamamlanması səhifəsinə keçib müvafiq Visa kartını əlavə edən kimi endirim avtomatik aktivləşəcək.
  • Avtomobil icarəsinin bron edilməsi üçün heç bir minimal xərc tələb olunmur.

Təklif Azərbaycan ərazisində, Rentalcars.com saytında bu link, yaxud mobil tətbiq vasitəsilə 1 fevral 2022-15 iyun 2027 tarixləri ərzində keçərlidir.

Təklif avtomobilin icarə qiymətinə görə (əlavə xidmətlər nəzərə alınmadan) birdəfəlik 10% endirim haqqı verir.

Təklif Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq, Orta Şərq və Afrika ölkələrində bron/icarə ödənişləri üçün keçərlidir.

Təklif bu bölgələrdə bron/icarə ödənişləri üçün keçərli deyil: Buve adası, Ekvatorial Qvineya, Reyunion, Syerra-Leone, Müqəddəs Yelena adası, Mayotta, Cənubi Sudan, Əfqanıstan, Liberiya, Mərkəzi Afrika Respublikası, Eritreya, Qvineya-Bisau, İraq, Madaqaskar, Fələstin, San-Tome və Prinsipi, Somali, Sudan, Esvatini, Qərbi Sahara, Yəmən, Burundi, Komor adaları, Türkmənistan, İran, Lesoto, Rusiya, Suriya, Liviya, Belarusiya.

Visa istənilən vaxt istənilən üstünlüyü ləğv etmək hüququnu özündə saxlayır və bu barədə məlumatlandırma Visa saytında yayımlanır.