• Sağlam Ailə: premium Visa kart sahibləri üçün eksklüziv təklif

Böyüklər və uşaqlar üçün pulsuz Check-Up

Visa və Sağlam Ailə Tibb Mərkəzi Visa Signature və Visa Infinite premium kartlarının sahibləri üçün eksklüziv təklif hazırlayıb.

Premium kart sahibləri ildə bir dəfə özləri və ya 16 yaşadək övladları üçün pulsuz Check-Up xidmətindən yararlana bilərlər. Siz Sağlam Ailə Tibb Mərkəzinin müəyyən etdiyi siyahı və prosedurlar çərçivəsində, yaş, cins və sağlamlıq vəziyyətinə uyğun olaraq müxtəlif təhlillərdən ibarət hərtərəfli tibbi müayinədən keçəcəksiniz**.

Sağlam Ailə tərəfindən 3 Check-Up növü hazırlanıb: kişilər, qadınlar və uşaqlar üçün. Bu paketlərə daxil olan müayinələr sayəsində siz ümumi sağlamlıq vəziyyətinizi öyrənə biləcəksiniz.

Təklifdən yararlanmaq üçün Visa Concierge çat-botunda Visa Signature və Visa Infinite premium kartınız üzrə “Özüm üçün Check-Up” və ya “Övladım üçün Check-Up” xidmətlərinin mövcudluğunu yoxlayın.

Təklif 31 mart 2025 tarixinədək keçərlidir.

* Aksiyada Azərbaycan Respublikası ərazisindəki bank tərəfindən buraxılmış və kart sahibinə təhvil verilmiş ödəniş kartlarının sahibləri iştirak edə bilərlər.

** Təklif Sağlam Ailə klinikasının Nərimanov filialında keçərlidir (Azərbaycan, 1075, Bakı ş., Əhməd Rəcəbli küç. 3,10).

Sağlam Ailə Tibb Mərkəzində üstünlüklərdən yararlanmaq üçün Google Pay və ya Apple Pay xidmətinə qoşulmuş Visa Platinum, Visa Signature və Visa Infinite kartları ilə smartfon və ya smart-saat vasitəsilə son 35 gün ərzində 300 AZN məbləğində ödəniş etməlisiniz.