-
Visa-dan xüsusi təkliflərlə sağlamlığınızın qayğısına qalın
Sağlam Ailə Tibb Mərkəzi Visa ilə birlikdə Visa kart sahibləri üçün eksklüziv təkliflər təqdim edir
Tibbi xidmətlərə 10%-dək endirimlər
Sağlam Ailə, Ultra Lab və Müasir Diaqnostika şəbəkəsində xidmətləri fiziki Visa kartları ilə ödədikdə 7%, Visa kartları ilə smartfon və ya ağıllı saat vasitəsilə ödədikdə isə 10% endirim qazanacaqsınız. Endirim ödəniş zamanı avtomatik tətbiq olunur.
İldə 1 dəfə qanın pulsuz kliniki analizi
Visa kart sahibləri il ərzində Sağlam Ailə, Ultra Lab və Müasir Diaqnostika şəbəkəsində qanın kliniki analizindən pulsuz yararlana bilərlər. Xidmətdən istifadə etmək üçün Visa Konsyerj servisi vasitəsilə sifariş etmək mütləqdir.
Xidmətlərə görə 100 AZN-dən yuxarı məbləğdə ödəniş etdikdə loyallıq proqramı üzrə əlavə 5% bonus
Sağlam Ailə, Ultra Lab və Müasir Diaqnostika şəbəkəsində xidmətlərə görə 100 AZN-dən yuxarı məbləği Visa kartları ilə ödəyin və loyallıq proqramı üzrə 5% əlavə bonus qazanın. Yığılmış bonusları xidmətlərə görə ödəniş etmək üçün istifadə etmək mümkün olacaq (1 bonus 1 AZN kimi hesablanacaq).
Doğulduğunuz ay ərzində "Yaşa görə endirim"
Yaşınız nə qədər çoxdursa, Sağlam Ailə, Ultra Lab və Müasir Diaqnostika şəbəkəsində xidmətlərə görə ödəniş bir o qədər xoş olacaq. Məsələn, əgər 26 yaşınız varsa, standart qiymətdən endiriminiz 26% təşkil edəcək, 43 yaşınız varsa, müvafiq olaraq 43% olacaq.
Diqqətinizə çatdırırıq ki, endirim aşağıdakı xidmətləri əhatə etmir:
- Xaricə göndərilən analizlər;
- Peyvəndlər;
- Stomatologiya;
- Kosmetologiya;
- Masaj;
- COVID-19 analizləri;
- Əli İbrahimov, Oktay Mətin, Azmiye Altınışık kimi mütəxəssislərin konsultasiyası;
- "CİTO" araşdırmalar ("Təcili!");
- Evə çağırış;
- Həkimin evə çağırılması;
- Evdə alətlərlə müayinə;
- İtirilmiş "Tibbi kart"ın bərpası;
- Anonim müraciət edən xəstələr;
- Kolonoskopiya və endoskopiya;
- Anesteziologiya xidmətləri.
Hər təklif haqqında ətraflı məlumat almaq üçün Sağlam Ailə dəstək xidmətinə qısa nömrə vasitəsilə müraciət edin: 910.
Təkliflər Azərbaycan bankları tərəfindən buraxılmış bütün Visa kartlarının sahibləri üçün 31 dekabr 2024 tarixinədək keçərlidir.
*Təşkilatçı təklifin şərtlərini və müddətini dəyişdirə bilər.
Sağlam Ailə Tibb Mərkəzində üstünlüklərdən yararlanmaq imkanı əldə etmək üçün siz 35 gün ərzində Visa Platinum, Visa Signature və Visa Infinite kartları ilə, smartfon və ya ağıllı saatla Google Pay və ya Apple Pay vasitəsilə 100 AZN məbləğində ödəniş etməlisiniz.
3 dekabr 2024 tarixindən istifadə şərtləri
Sağlam Ailə Tibb Mərkəzində üstünlüklərdən yararlanmaq imkanı əldə etmək üçün siz 35 gün ərzində Visa Platinum, Visa Signature və Visa Infinite kartları ilə, smartfon və ya ağıllı saatla Google Pay və ya Apple Pay vasitəsilə 300 AZN məbləğində ödəniş etməlisiniz.
Konsyerj servisi ilə necə əlaqə saxlamaq olar?
Özünüzə uyğun messenceri seçin və ünsiyyətə başlayın