Visa-nın xüsusi xidməti Visa Platinum, Visa Signature, Visa Infinite, Visa Platinum Business vә Visa Signature Business kartlarına bu hallarda aid edilir:
-
Visa-dan sığorta xidməti ilə komfortlu və təhlükəsiz səyahətlər
Sığorta xidməti hansı Visa kartlarına aiddir?
Sığorta nə vaxt qüvvəyə minir?
Xaricә sәfәrlәrdә
Sığortanız avtomatik qüvvəyə minəcək - əgər səfər başlamamışdan əvvəl:
- Gediş-gəliş biletlərini premium Visa kartı ilə ödəmisinizsə
- Yaşayacağınız yeri premium Visa kartı ilə bronlaşdırmış və ödəmisinizsə
- Həm biletlərə, həm də yaşayışa görə ödənişi premium Visa kartı ilə etmisinizsə
Daimi yaşayış yeri olan ölkə daxilində səfərlər zamanı sığortanız qüvvəyə minəcək - əgər səfər başlamamışdan əvvəl:
- Evdən ən azı 100 km uzaqlıqda olmaq şərtilə, ən azı 2 gecəlik yaşayış yerini premium Visa kartı ilə bronlaşdırmısınızsa
Diqqәt yetirin: Sığortanın qüvvəyə minməsi üçün nəqliyyatı və/və ya yaşayış yerini premium Visa kartınızla ödəmək vacibdir (bu zaman kartdakı ad biletlərdəki və/və ya bronlaşdırmadakı adla üst-üstə düşməlidir).
Siğortanin Üstünlükləri
Sığorta üzrə ümumi qayda və şərtlər
Səfər başlamazdan öncə sığorta sertifikatını doldurmaq tövsiyə olunur, çünki gömrük yoxlanışında onu təqdim etməyinizi istəyə bilərlər.
Sertifikatı bu linkdən, Insurance benefits bölməsində yükləyərək, polisi özünüz doldura bilərsiniz, yaxud yardım üçün Visa-nın konsyerj xidmətinə müraciət edə bilərsiniz.
Müddəti - bir səyahət üçün 90 gün, lakin il ərzində 183 gündən çox olmamaq şərtilə. Əgər səyahət 90 gündən artıq davam edərsə, tamamilə sığortasız hesab olunur.
Sizin sığortanız daimi yaşayış ölkəsindən çıxış və giriş faktı əsasında başlayır və bitir.
Müxtəlif hallar necə sığortalanır
Reysin, yaxud baqajın* 4 saatdan çox ləngiməsi halında kompensasiya almaq üçün siz mütləq reysdə qeydiyyatdan keçməli və aeroportda aviaşirkətdən reysin, yaxud baqajın ləngiməsi ilə bağlı rəsmi sənəd əldə etməlisiniz.
Xidmətin bu halları əhatə etmədiyinə diqqət yetirin:
- Ləngimə halında baqajın itirilməsi, gömrük xidmətinin nümayəndələri tərəfindən müsadirə edilməsi, yaxud saxlanması.
- Yük kimi, yaxud daşınma sənədi ilə daşınan baqaja aid tələblər.
- Reysin ləğv olunması.
* Baqajın ləngiməsi yalnız daimi yaşayış ölkəsindən uçuş zamanı sığortalanır.
Sual-cavab
-
CHUBB ― mülkiyyət sığortası və məsuliyyət sığortası sahəsində liderdir. Şirkət 15 ildən çoxdur ki, bazardadır.
CHUBB 54 ölkədə filiala malikdir və aşağıdakıları həyata keçirir:- mülkiyyət sığortası
- hüquqi və fiziki şəxslərin məsuliyyət sığortası
- fiziki şəxslərin bədbəxt hadisələrdən sığortası
- tibbi sığorta
- təkrar sığorta
- müxtəlif müştəri qruplarının həyat sığortası
Baş qərargah Uorren, Nyu-Cersi, ABŞ ünvanında yerləşir.
-
Əgər səfəriniz başlamamışdan əvvəl bu hallara görə təxirə salınıb və ya ixtisar olunubsa, kompensasiya tələb edə bilərsiniz:
- kart sahibinin və ya yaxın qohumunun gözlənilməz xəstəliyi və ya ölümü
- yoluxmuş insanın məcburi karantini (ölkədəki vəziyyət yox, şəxsi karantin)
- hamiləlikdə yaranan və nəticələri olan çətinliklər (səfər bronlaşdırılmamışdan əvvəl meydana gəlməyibsə)
Bu halda sığorta yalnız səfərin geri qaytarılmayan xərclərini kompensasiya edir.
Sığorta nəyi ÖDƏMİR:
- geri qaytarılan aeroport rüsumları, yığımları və vergiləri
- əvvəldən mövcud olan xəstəliyə görə səfərin pozulması
- millər, bonuslar, ballar və s. ilə ödənilən səfərlərə çəkilən xərclər
- passportun və ya vizanın olmamasına və ya müddətinin bitməsinə görə səfərin pozulması
- kart sahibinin və ya yaxın qohumunun gözlənilməz xəstəliyi və ya ölümü
-
Reysin ləngiməsinə görə kompensasiyanın alınması şərtləri:
- sizin reys 4 saat və daha çox ləngiyib
- reysə qeydiyyatdan keçmisiniz
- sizdə reysin ləngiməsi barədə avioşirkətin rəsmi sənədi var
-
Baqajın ləngiməsinə görə kompensasiyanın alınması şərtləri:
- sizin baqaj 4 saat və daha çox ləngiyib
- sizdə baqajın ləngiməsi barədə avioşirkətin rəsmi sənədi var
Nələr ÖDƏNİLMİR:
- gömrük, yaxud digər hökümət orqanları tərəfindən ləngimə, konfiskasiya və ya saxlanma nəticəsində itki
- yük kimi və ya nəqliyyat əlavəsi üzrə daşınan baqajla bağlı tələblər
-
Buraxılmış reysə görə kompensasiyanın alınması şərtləri:
göndəriş məntəqəsinə aşağıdakı hallarda gecikmisinizsə:
⇾getdiyiniz avtomobil xarab olub və ya YNH baş verib
⇾sizi çatdıran ictimai nəqliyyat cədvələ uyğun çatmayıbsiz təqdim etməlisiniz:
⇾kart sahibinin çəkdiyi bütün əlavə xərclərin sübutu
⇾ictimai nəqliyyatın faktiki gecikməsi barədə rəsmi məktub
⇾YNH haqqında akt- siz göndəriş məntəqəsinə çatmağa imkan verən vaxt ehtiyatını yaxşı nəzərdən keçirməlisiniz
-
Buraxılmış tranzit reysinə görə kompensasiyanın alınması şərtləri:
- siz təsdiq olunmuş növbəti reysinizi qovuşma nöqtəsində buraxmısınız
- siz ilk reysin uçuşunun və ya gəlişinin ləngiməsini təsdiqləyən aviaşirkət sənədini təqdim etməlisiniz
- siz növbəti reysə çatmaq üçün bütün cəhdləri etməlisiniz; siz reysin planlaşdırılmış gəliş vaxtı arasında 2 saat (ən azı) nəzərə almalısınız
-
Səfərlər sığortalanmır, əgər:
- həkimin tövsiyələrinə baxmayaraq səyahət edirsinizsə
- tibbi müalicə/tövsiyə almaq məqsədilə səyahət edirsinizsə
- daha sonra da müalicə/müayinə tələb edən diaqnoz qoyulmuş simptomlarınız varsa
- səfəri bronlaşdırarkən onu poza və ya ixtisar edə biləcək hər hansı səbəblər barədə məlumatlısınızsa
- əgər səfərinizin əsas məqsədi idman yarışlarıdırsa və siz idmançı kimi səyahət edirsinizsə
- əgər partnyorunuz və ya uşağınız kart sahibi olmadan səyahət edirsə
-
Əgər idman yarışlarında iştirak səfərinizin əsas məqsədi deyilsə, siz sığortalana bilərsiniz:
- öz təhlükəsizliyiniz üçün tövsiyə/tələb olunan bütün təchizatlardan istifadə edirsinizsə
- təşkilatçıların təqdim etdiyi bütün təhlükəsizlik tələblərinə və qaydalarına riayət edirsinizsə
- cari idman növü ilə məşğul olmamaq üçün həkimdən əks göstərişiniz yoxdursa
- sürət və vaxta görə yarışmırsınızsa
-
Premium Visa Platinum, Visa Signature, Visa Infinite, Visa Infinite vә Visa Platinum Business kartlarını əldə etmək, avtomatik sığortalanmaq üçün partnyor banklarımızın siyahısı ilə tanış olun: https://www.visa.com.az/az_AZ/pay-with-visa/partner-banks.html
Sığorta xidməti və premium Visa kartlarının digər üstünlükləri barədə daha ətraflı Visa çat-botundan məlumat ala bilərsiniz.
Telegram/Viber-də çat-botu qoşub virtual köməkçi qazanırsınız, o sizə kömək edir:
- Gündəlik məsələləri sürətli və əziyyətsiz həll etmək üçün konsyerj xidməti ilə əlaqə saxlamağa
- Premium kartlar üçün xüsusi təkliflər barədə məlumat almağa
Siz sığorta sertifikatlarını Yükləyə bilərsiniz və sığorta müqaviləsinə baxa bilərsiniz: https://cardholderbenefitsonline.com/.
Sığortaçı: CHUBB INSURANCE SOUTH AFRICA LIMITED, Cənubi Afrika. Maliyyə xidmətlərinin səlahiyyətli təchizatçısı (FSP No: 27176). Qeydiyyat №1973/008933/06 12.06.2007-dən.