Visa – pul köçürməsi həyata keçirməli olduğunuz istənilən vəziyyətdə etibarlı köməkçiniz
Ümumi xərcləri dostlarınızla bölüşmək, ailə üzvlərinə pul köçürmək və ya dostlara hədiyyə etmək üçün digər ölkəyə mobil bank vasitəsilə köçürmə edin – bütün bunlar Visa və mobil bankınız ilə rahat, sürətli və etibarlıdır.
Xərcləri bölüşün və köçürmələr edin
Xaricə pul köçürün
Visa ilə mobil bankınız vasitəsilə dünyanın istənilən nöqtəsinə etibarlı, rahat və sürətli pul köçürə bilərsiniz
Köçürmələrin sürəti
Visa sayəsində mobil bankınızda köçürmə zamanı vəsait artıq göndərişdən bir neçə saniyə sonra – hətta gecə və ya istirahət günlərində – əlçatan olacaq.
Köçürmələrin dəqiqliyi
Visa ilə mobil bankınızda kart nömrəsinə əsasən köçürmələr etdikdə, köçürmənin dəqiqliyindən əmin ola bilərsiniz.
Bütün dünyaya köçürmələr
Dünyanın bir çox ölkəsində və ərazisində Visa kartlarına mobil bankınızda keçərli istənilən valyutada pul köçürün və alın.
Partnyorlar
Kampaniya çərçivəsində Siz aşağıdakı partnyor-bankların buraxdığı Visa kartları vasitəsilə köçürmələr həyata keçirə bilərsiniz.
Kampaniyanın təsviri
- Azərbaycandan öz Visa kartınızla xaricə komissiyasız pul köçürün.
- Geri qaytarılan komissiyanın maksimal məbləği 5 manat təşkil edir.
- Siz yalnız “Visa kartları ilə köçürmələr” xidmətini aktivəşdirdiyiniz halda Kampaniyada iştirak edə bilərsiniz.
Sual-cavab
Ümumi məsələlər
-
“Kartdan karta” dərhal pul köçürməni bankınızın mobil tətbiqində və ya internet-bankında mövcud olan xidmətlər vasitəsilə həyata keçirmək mümkündür. Sadəcə köçürmə xidmətindən istifadə etmək, köçürməni alanın Visa kartının nömrəsini, soyadını və adını daxil etmək və əməliyyatı təsdiqləmək kifayətdir. Hətta Visa kartına köçürməni müxtəlif banklar arasında etsəniz belə, pul dərhal köçəcək.
-
Visa kartlarına sürətli köçürmələr - harada olmalarından asılı olmayaraq Visa kart sahiblərinə asan və sürətli pul köçürməsi etməyə kömək edən xidmətdir. Pul köçürmək üçün alanın 16 rəqəmli nömrəsini bilmək kifayətdir. Siz özünüzə uyğun vaxtda bankınızın kanalları vasitəsilə pul göndərə bilərsiniz.
-
Banklar öz qaydalarına əsasən Azərbaycan üzrə və xaricə köçürmələrə görə komissiya təyin edir. Visa kartlarına beynəlxalq köçürmələrə görə komissiya orta hesabla 1% təşkil edir. Azərbaycan üzrə və xaricə köçürmələrin dəyəri və limitləri barədə ətraflı məlumatı bankınızda dəqiqləşdirin.
-
Visa kartlarına sürətli köçürmələr dünyanın bir çox ölkəsində əlçatandır. Siz istənilən birinə internet-bank və ya mobil tətbiq vasitəsilə pul köçürə bilərsiniz.
Köçürmə üçün alanın kartı, həmçinin onun adı və soyadı lazımdır.
Xaricə pul köçürmələrinə görə komissiyanın məbləği və mümkün məhdudiyyətlər bank tərəfindən təyin olunur. Zəhmət olmasa, bu məlumatı bankınızın mütəxəssisləri ilə dəqiqləşdirin.
-
Visa kartlarına sürətli köçürmələr bütün dünyada əlçatandır.
Siz dünyanın istənilən nöqtəsində olarkən Azərbaycana pul köçürə bilərsiniz. Daha ətraflı məlumatı bankınızda dəqiqləşdirə bilərsiniz.
Təhlükəsizlik
-
Visa kartınız üzrə bütün əməliyyatların etibarlı müdafiəsini təmin edir, daimi müşahidə, ötürülən informasiyanın şifrələnməsi sayəsində fırıldaqçılıq riskini istisna edir. Kartınızdan pul köçürmə üçün sanksiyasız istifadə riski VbV şifrəsinin mütləq daxil edilməsi yolu ilə aradan qaldırılır (İnternetdə və mobildə).
-
Visa kartınızın nömrəsini Visa kartlarına sürətli köçürmələr xidməti vasitəsilə pul köçürülməsi üçün başqa birinə ötürmək tamamilə təhükəsizdir. Lakin heç bir halda kartın PIN-kod və CVV/CVC2 kimi məlumatlarını bildirməyin, çünki bu məlumatlar sizin şəxsi hesabınıza daxil olmağa, pul çıxarmağa və köçürməyə imkan verir.
-
Heç bir halda və heç kimə kartın PIN-kod və CVV/CVC2 kimi məlumatlarını bildirməyin, çünki bu məlumatlar sizin şəxsi hesabınıza daxil olmağa, pul çıxarmağa və köçürməyə imkan verir.
-
Əgər siz 16 rəqəmli kart nömrəsini yığarkən təsadüfən səhvə yol vermisinizsə, pul köçürülməyəcək, çünki bu nömrə ilə bir kart mövcud deyil. Hər bir kartın nömrəsində səhvi ortaya çıxarmağa imkan verən əlavə rəqəm də olur.
Vəsaitin köçürülməsi müddəti bir neçə dəqiqədən 2 bank gününədək vaxt apara bilər və alanın Visa kartını buraxan bankdan, həmçinin, bankın texniki şərtlərindən asılıdır. Xidmət partnyor-bankların distansion bank xidməti sistemləri və ya ödəniş terminalları şəbəkəsi vasitəsilə təqdim edilir. Partnyor-banklar və ödəniş terminallarının operatorları öz qərarlarına əsasən göstərilən xidmətlərə görə komissiya məbləği təyin edə bilərlər. Xidmətin göstərilmə imkanı qanuna, alanın kart növünə görə məhdudlaşa bilər və xidməti təqdim edən partnyor-bankların və ödəniş terminalları operatorlarının şərtlərindən asılıdır. Köçürmə alanın Visa kartının aid olduğu bankın ölkəsinə həyata keçirilir. Xaricə köçürmə üçün alanın kartının nömrəsi, SAA göstərilməli, göndərənin bankında identifikasiya keçilməlidir. Xidmətin təqdim olunması şərtləri barədə ətraflı məlumatı partnyor-banklardan öyrənin. “Viza İnterneşnl Servis Assoieyşn” (Visa International Service Association) korporasiyası (ABŞ) banklara ödəniş kartlarını buraxmaq imkanı təqdim edir. Emitent-banklar Visa kartlarının buraxılmasına görə məhdudiyyətlər təyin edə bilər. Visa ödəniş kartlarının buraxılması və xidmət şərtləri barədə məlumat almaq üçün banklara müraciət edin.