-
BƏƏ və Dubayda eksklüziv Visa təklifləri
Hotellər

30 iyun 2025 tarixinədək
Kempinski Hotels & Resorts
Yaşayış və restoranlara 20% endirim
Kempinski Hotels & Resorts hotellər şəbəkəsində 20% sərfəli endirimlə unudulmaz istirahətdən zövq alın.
Səyahətinizi yalnız Visa kart sahibləri üçün keçərli pulsuz əyləncə və rahat xidmət imkanı ilə tamamlayın.
İstirahətinizi daha rəngarəng və komfortlu edin – sizi unikal təkliflər gözləyin:
- Corner Suites və ya yüksək kateqoriyalı otaqları rezervasiya etdikdə iki nəfər üçün pulsuz Snow Park Ski Dubai bileti.
- Mall of the Emirates-də təmassız alış-veriş xidməti.
- Rəqəmsal konsyerjdən istifadə imkanı.
Aksiyanın şərtləri:
- Nəzərinizdə olsun ki, tarifə 10% xidmət rüsumu, 5% ƏDV, 7% bədəliyyə rüsumu və otağa görə gecəlik 20 AED turist rüsumu əlavə olunur.
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

30 iyun 2025 tarixinədək
Sheraton Mall of Emirates
Otaq kateqoriyasının pulsuz artırılması və çimərliyə transfer
Visa ilə Sheraton Mall of Emirates hotelində premium istirahəti kəşf edin!
Klub otağını rezervasiya edin və otaq kateqoriyasının kluba giriş ilə Deluxe dərəcəsinədək artırılması imkanı, həmçinin komfortunuz üçün eksklüziv imtiyazlar əldə edin.
Pulsuz transfer, gec çıxış və bütün ailə üçün xüsusi bonuslardan zövq alın:
- Kite Beach-dək pulsuz transfer.
- 14:00-da hoteldən gec çıxış.
- Pulsuz Magic Planet kartı.
- Hotelin restoranlarında qidalanmaya 20% endirim.
- 6 yaşadək uşaqlar pulsuz qalır və qidalanır (böyüklərin müşayiəti ilə).
Aksiyanın şərtləri:
- Rezervasiya Visa kartı ilə təsdiqlənməli və ödənməlidir.
- Tariflər bir gecəlik otaq üçün qeyd edilib və yerlərin mövcudluğundan asılıdır.
- Məhdudiyyətli tarixlər tətbiq edilə bilər.
- Həftənin 7 günü keçərlidir.
- 10 və daha çox otaq tutan qruplar üçün keçərli deyil.
- Digər aksiyalarla birlikdə istifadə oluna bilməz.
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

30 iyun 2025 tarixinədək
Aloft Dubai Creek
Restoranlara 20% endirim və otaq kateqoriyasının pulsuz artırılması
Visa ilə aloFT Dubai Creek hotelində özünüzə komfort və əlavə üstünlüklər hədiyyə edin! Otaq rezervasiya edin və körfəz mənzərəli Savvy Room kateqoriyasınadək pulsuz artırılma imkanı əldə edin.
Pulsuz səhər yeməyindən, gec çıxışdan və restoranlarda xüsusi endirimlərdən yararlanın:
- İki qonaq üçün pulsuz səhər yeməyi.
- 14:00-da hoteldən gec çıxış.
- Bonvoy iştirakçıları üçün seçilmiş restoranlarda 20% endirim.
- 6 yaşadək uşaqlar pulsuz qalır və qidalanır.
Aksiyanın şərtləri:
- Rezervasiya Visa kartı ilə təsdiqlənməli və ödənməlidir.
- Tariflər bir gecəlik otaq üçün qeyd edilib və rezervasiya anında yerlərin mövcudluğundan asılıdır.
- Tarixlər üzrə məhdudiyyətlər tətbiq edilə bilər.
- Həftənin 7 günü keçərlidir.
- Otaqların sayı məhduddur.
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.
Tərz

30 iyun 2025 tarixinədək
Nail THAT и THAT barber
Gözəllik prosedurlarına 30%-dək endirim
Özünüzü sərfəli gözəllik prosedurları ilə sevindirin!
THAT-də 2 500 AED-dən yuxarı məbləğdə xidmətləri Visa kartı ilə ödəyin və Nail THAT-də və ya THAT barber-də xidmətlərə görə 30%-dək endirim əldə edin.
BƏƏ səfəriniz zamanı görünüşünüzü yeniləmək və öz qeydinizə qalmaq üçün ideal fürsət.
Visa-nın eksklüziv təklifindən yararlanmaq imkanını qaçırmayın!
Aksiyanın şərtləri:
- Yalnız tam qiymətdə seçilmiş brendlər və məhsullar üçün keçərlidir.
- Gözəllik proesdurlarına 30% endirim birdəfəlikdir.
- Təklif yalnız Visa kart sahiblərinin şəxsi istifadəsi üçün nəzərdə tutulub.
- Digər aksiyalar, endirimlər və ya VIP imtiyazlarla birgə istifadə oluna bilməz.
- Dəyişdirilə, ötürülə və ya pul ekvivalenti ilə əvəzlənə bilməz.
- THAT Concept Store aksiyanı ləğv etmək və ya dəyişdirmək hüququnu özündə saxlayır.
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

30 iyun 2025 tarixinədək
AllSaints
Növbəti alış-verişə +200 АЕD
Yeni dəbli geyimlərin hər zaman yeri var! AllSaints-də 1 000 AED-dən yuxarı alış-veriş edərək Visa kartı ilə ödəyin və növbəti alış-veriş üçün 200 AED əldə edin. Qarderobunuza brendin kult parçalarını əlavə etmək və növbəti alış-verişə xoş bonus əldə etmək üçün əla fürsətdir.
Visa-nın eksklüziv təklifləri ilə mükəmməl obraz yaratmaq şansını qaçırmayın!
Aksiyanın şərtləri:
- Təklif 1 000 AED-dən yuxarı alış-verişdə keçərlidir.
- Endirim yalnız Visa kart sahiblərinə təqdim olunur.
- Digər aksiya və endirimlərlə birgə istifadə oluna bilməz.
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

30 iyun 2025 tarixinədək
Psycho Bunny
Növbəti alış-verişə +200 АЕD
Qarderobunuzu sərfəli şəkildə yeniləyin! Psycho Bunny-də 1 000 AED və daha çox alış-veriş edərək Visa kartı ilə ödədikdə növbəti alış-veriş üçün 200 AED əldə edəcəksiniz. Kolleksiyanıza dəbli geyimlər əlavə etmək və növbəti alış-verişdə xoş bonus əldə etmək üçün əla fürsətdir.
Visa-nın eksklüziv təklifləri ilə parlaq və inamlı görünmək şansını qaçırmayın!
Aksiyanın şərtləri:
- Təklif 1 000 AED-dən yuxarı alış-verişdə keçərlidir.
- Endirim yalnız Visa kart sahiblərinə təqdim olunur.
- Digər aksiya və endirimlərlə birgə istifadə oluna bilməz.
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.
Həyat tərzi

30 iyun 2025 tarixinədək
CB2
1 500 AED-dən çox xərclərdə 300 AED-dək qənaət
İnteryeri dəbli və müasir əşyalarla yeniləmək istəyirsiniz?
CB2-də 1 500 AED-dən yuxarı alış-veriş edib Visa kartı ilə ödədikdə 300 AED-dək qənaət edə bilərsiniz. Evinizi dizayner əşyaları və mebeli ilə bəzəmək üçün əla fürsətdir.
CB2-yə göz atın və Visa-nın bu sərfəli təklifindən yararlanın!
Aksiyanın şərtləri:
- Yalnız mağazada alış-veriş üçün.
- Hədiyyə kartları və elektronik əşyalar istisna.
- Yalnız tam qiymətdə məhsullara tətbiq olunur.
- Digər təkliflərlə birgə istifadə oluna bilməz.
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

30 iyun 2025 tarixinədək
Crate & Barrel
5 000 AED-dən çox xərclərdə 1 000 AED-dək qənaət
İnteryeri yeniləmək və evinizi daha da rahat etmək istəyirsiniz? Crate & Barrel-də alış-veriş edin, Visa kartı ilə ödəniş edin, keşbek, yaxud endirim qazanın:
- Crate & Barrel-də Visa ilə 5 000 AED və ya daha çox məbləğ xərcləyin və 1 000 AED-dək qənaət edin.
- 1 500 AED-dən yuxarı alış-verişdə isə 300 AED keşbek qazanacaqsınız.
Visa ilə sərfəli alış-veriş etmək və məkanınızı bəzəmək imkanını qaçırmayın!
Aksiyanın şərtləri:
- Yalnız mağazada alış-veriş üçün.
- Hədiyyə kartları və elektronik əşyalar istisna.
- Yalnız tam qiymətdə məhsullara tətbiq olunur.
- Digər təkliflərlə birgə istifadə oluna bilməz.
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.
Əyləncə

30 iyun 2025 tarixinədək
LEGO
699 AED-dən yuxarı ödənişdə eksklüziv LEGO dəsti
LEGO konstruktorlarını yığmağı sevirsiniz? Sertifikatlı LEGO mağazalarında 699 AED-dən yuxarı məbləğdə sevimli dəstlərinizi Visa ilə əldə edərək unikal hədiyyə qazana bilərsiniz.
Kolleksiyanızı eksklüziv LEGO dəsti ilə tamamlamaq şansını qaçırmayın!
Aksiyanın şərtləri:
- Təklif yalnız Mall of the Emirates və ya City Centre Mirdif-də yerləşən sertifikatlı LEGO mağazalarında keçərlidir.
- Minimum alış-veriş məbləği – 699 AED.
- Təklif yalnız BƏƏ ərazisindəki mağazalarda keçərlidir.
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

30 iyun 2025 tarixinədək
Ski Dubai
Ski Dubai qar parkında əyləncəyə 18%-dək endirim
Ski Dubai-də 18%-dək endirimlə qarlı əyləncələri kəşf edin. Sizi və yaxınlarınızı xizəksürmə, qar təpəcikləri və çox sayda digər əyləncələr gözləyir.
Minimum iki bilet bron edin və Visa ilə qışın sehrini ilin istənilən vaxtı yaşayın!
Aksiyanın şərtləri:
- Minimum 2 bilet alınmalıdır.
- Bir əməliyyatda 7 bilet məhdudiyyəti var.
- Biletlər alınma tarixindən etibarən 30 gün ərzində keçərlidir.
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

30 iyun 2025 tarixinədək
Snow Abu Dhabi
Snow Abu Dhabi qapalı xizək kurortunda 30%-dək endirimlə əyləncə
Snow Abu Dhabi-də Visa ilə qış əyləncələrindən zövq alın!
Snow Abu Dhabi qapalı xizək kurortunda 30%-dək endirimdən yararlanın. Sizi maraqlı attraksionlar və ilin istənilən fəslində qış macəraları gözləyir.
Sadəcə minimum 2 bilet əldə edin və Visa kartı ilə sərfəli təklifdən faydalanın!
Aksiyanın şərtləri:
- Minimum 2 bilet alınmalıdır.
- Bir əməliyyatda 7 bilet məhdudiyyəti var.
- Biletlər alınma tarixindən etibarən 30 gün ərzində keçərlidir.
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

30 iyun 2025 tarixinədək
Activate
Dünyanın ilk dinamik oyun kompleksi Activate-də əyləncəyə 16%-dən başlayan endirimlər
Visa və Activate ilə aktiv əyləncə dünyasına dalın! Dünyanın ilk dinamik oyun kompleksini ziyarət edərkən 16%-dən başlayan endirimlərdən yararlanın.
Sizi həyəcanverici komanda sınaqları, interaktiv zonalar və unudulmaz təəssüratlar gözləyir. Bu, aktiv istirahəti və yeni təəssüratları sevənlər üçün ideal yerdir.
Visa kartı ilə macəralar daha sərfəli və əlçatandır!
Aksiyanın şərtləri:
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

30 iyun 2025 tarixinədək
Magic Planet
Magic Planet əyləncə mərkəzində paketlərə 20% əlavə bal
Visa ilə Magic Planet-də daha çox əylənin! Əyləncədən və sərfəli təklifdən zövq alın – başlanğıc və tamamlayıcı paketlərə 20% əlavə bal qazanın.
Bu, xoş anları uzatmaq və daha çox attraksion kəşf etmək üçün əla fürsətdir. Xüsusi təklif yalnız BƏƏ-də səyahətdə olan turistlər üçün keçərlidir.
Sadəcə Visa kartınızı təqdim edin və üstünlüklərdən zövq alın!
Aksiyanın şərtləri:
- Endirimlər alış günü olan rəsmi qiymətlərə tətbiq olunur.
- Visa kartını alış zamanı təqdim etmək lazımdır və kart BƏƏ hüdudlarından kənarda buraxılmış olmalıdır.
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

30 iyun 2025 tarixinədək
iFly Dubai
iFly Dubai ilə aeroboruda uçuşlara 40%-dək endirim
Visa və iFly Dubai ilə aeroboruda uçuşlara eksklüziv 40%-dək endirimdən yararlanaraq əsl uçuş azadlığını hiss edin!
Bu parlaq emosiyaları və çəkisizlik şəraitini hiss etmək üçün unikal fürsətdir. Təcrübədən asılı olmayaraq, aeroboruda uçuş hər yaşdan insan üçün təhlükəsiz və həyəcanverici macəradır.
Visa ilə istirahət daha yaddaqalan və əlçatan olur. Özünüzə və yaxınlarınıza unudulmaz təəssüratlar bəxş etmək şansını qaçırmayın!
Aksiyanın şərtləri:
- Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.