1. Artıq mövcud olan müştərilərin qeydinə qalın
Əlinizdəki müştərilər sizə yenilərdən daha ucuz başa gəlir. Hələ sizi tanımayan insanları cəlb etmək üçün çoxlu pul xərcləyə bilərsiniz. Mövcud müştərilərlə isə artıq işin ağır hissəsi həll olunub. Öz müştərilərinizin qeydinə qalaraq, təkcə özünüzü daimi sifarişlərlə təmin etmirsiniz, həm də brendinizin əsl ambassadorlarını yaratmış olursunuz.
Məqsəd müştərilərinizə xüsusi olduqlarını hiss etdirmək, onlara təşəkkür etmək, hər dəfə sizə qayıtdıqları üçün mükafatlandırmaq və şəxsi ünsiyyət zamanı həvəsləndirməkdir (bu onlaynda olduğu kimi rezultativdir).
Kömәk
- Onların alış-veriş tarixçəsini qeyd edin, bu sizə loyal təklif formalaşdırmağa kömək olacaq – hədiyyə bahalı olmaya da bilər, kiçik keks və ya əl ilə yazılmış bir qeyd kimi jestlər kifayətdir.
- Əmin olun ki, müştəri dəstəyiniz şəxsi ünsiyyətiniz və ya onlayn-dəstək qədər yaxşıdır.
- Müştərilərlə qarşılıqlı əlaqələrin idarəolunması üzrə yaxşı bir sistemə (CRM) sərmayə qoyun – müştərilərlə düzgün münasibətlərin dəstəklənməsi məsələsində onlar artıq münasib qiymətli, quraşdırılması asan və inanılmaz effektivdir.