1. Biznesinizin qoyduğu iz
İş axtaran üçün xasiyyətnamə və ya aktyor üçün portfolio nədirsə, kiçik biznes üçün marketinq planı da eyni əhəmiyyəti daşıyır. Bu, özünüzü rəqiblərdən fərqləndirmək üçün istifadə edəcəyiniz vasitədir. Güclü marketinq planı ilə cari və potensial müştərilər sizin kim olduğunuzu və nə təklif etdiyinizi anlaya bilərlər.
Uğurlu marketinq planı 3 mərhələdən ibarət olur:
A. İlkin plan: bu, ilk marketinq planı ilə əhatə etmək istədiyiniz şeylər, istifadə edəcəyiniz müxtəlif alətlər və onu yerinə yetirəcəyiniz tarixlərdir.
B. Gerçәklәşdirmә: planın fiziki yerinə yetirilməsi. Nəyi və harada reklam edəcəksiniz, yerləşdirəcəksiniz və satacaqsınız.
C. Tәkrarlama: bazarlar dəyişir, məhsullar inkişaf edir və siz kiçik biznes kimi daima hərəkətdə our, həmişə inkişaf edirsiniz. Marketinq planınız da daima yenilənməli və tez-tez nəzərdən keçirilməlidir. İdeal olaraq planı hər kvartalda yoxlamaq lazımdır. Planınız hələ də hədəf auditoriyanıza çatmağa imkan verir? Hansı yeni texnologiyalar sizə üstünlük verə bilər? Yoxlayın, sonra da 1-ci və 2-ci mərhələləri təkrarlayın.