Authorize.Net | Bank of America Merchant Services | BB&T | Capital One | Clearent | Elavon | iPayment | Pivotal Payments | Priority Payment | Square | TSYS | US Bank | Wells Fargo | Worldpay
Visa və
təqdim edir
Kiçik və orta bizneslərin rəqəmsal transformasiyası: elektron ticarətin gələcəyi
Rəqəmsal dəyişikliklər artıq indi baş verir və bu sürətlə baş verir! Müştərilər rahat və sadə alış-veriş üsulları təklif edən şirkətlərdən almağa həvəslidirlər. Məsələn, həm mağazada, həm internetdə alış-veriş etmək, rəqəmsal ödənişlər etmək və sevimli məhsulları və xidmətləri internetdə izləmək imkanı. Ticarət transformasiya keçirərkən şirkətlər satışları yaxşılaşdıracaq, yeni müştərilər cəlb edəcək və xərcləri azaldacaq rəqəmsal həll yolları axtarırlar.
Bu, kiçik və orta bizneslərə (SMB) yeni imkanlar açır, belə ki, onlardan bir çoxu onlayn satış edir və mümkün rəqəmsal alət və xidmətlərin üstünlüklərindən istifadə edirlər. Visa kiçik və orta sahibkarlara kömək etmək üçün ticarət assosiasiyalarının konsorsiumu, texnologiya təchizatçıları, banklar və tədqiqatçılarla partnyor əlaqələri yaradıb və bu suala cavab axtarır:
Kiçik vә orta bizneslәr bu sahәdә inkişaf etmәk üçün rәqәmsal dünyaya keçmәlidirlәrmi vә әgәr keçmәlidirlәrsә, nәdәn başlamalıdırlar?
Bilirdiniz ki…
Sorğuda iştirak edənlərin 87%-i kiçik və orta biznesləri dəstəkləməyin vacib olduğunu düşünür, həmçinin, onlar alış-veriş edəndə rəqəmsal kanalları və ödəniş üsullarını nəzərdən keçirirlər:
Sorğuda iştirak edә istehlakçıların 52%-i
deyir ki, onlar sırf onlayn alış-verişə üstünlük verərdilər
Sorğuda iştirak edәn istehlakçıların 80%-i
deyir ki, rəqəmsal texnologiyalarla bağlı üstünlüklər, məsələn, istifadəsi sadə veb-sayt və loyallıq proqramı, alış-verişi haradan etmək barədə qərar verərkən həvəsləndirici faktor kimi çıxış edir.
Soğruda iştirak edәn istehlakçıların 78%-i
hesab edir ki, kartla və ya mobil cihazla ödəniş kimi rəqəmsal ödəniş üsullarına 1 nömrəli ödəniş variantı olaraq üstünlük verərlər
Kiçik vә orta biznesin rәqәmsal transformasiyası barədə yükləyərək daha çox öyrənin
İstehlakçı ilə tanışlıq
İstehlakçı ilə dicital-iş və marketinq müasir şərtlərdə həlledici əhəmiyyət daşıyır.
İstehlakçıların biznesləri necə tapdığını anlamaq sizə yeni və mövcud müştəriləri cəlb etməyə kömək olacaq. Tədqiqatlar göstərir ki, istehlakçılar alış-veriş edəcəkləri yeri müəyyənləşdirərkən sayt və ya sosial şəbəkələr kimi rəqəmsal kanallardan istifadəyə üstünlük verirlər. İnternetdə biznesinizin yaradılması və inkişafı istehlakçılara sizi tapmağa və sizinlə iş görməyə kömək edər.
Sorğuda iştirak edәn istehlakçıların 52%-i
oflayn mağazaya getməmişdən əvvəl internetdə axtarır və/və ya sayta gedir
Sorğuda iştirak edәn istehlakçıların 61%-i
növbəti 5 il ərzində onlayn alış-verişləri artırmağı planlaşdırırlar, 78% istehlakçı isə oflayn alış-verişləri azaltmağı və ya eyni səviyyədə saxlamağı planlaşdırır
Sorğuda iştirak edәn istehlakçıların 80%-i dәn çoxu
deyir ki, istifadəsi rahat veb-saytı olan biznesdən alış-veriş etməyə həvəslidirlər
Sorğuda iştirak edәn istehlakçıların 63%-i
onlarla rəqəmsal kanal, məsələn, elektron poçt və ya sosial şəbəkələr vasitəsilə əlaqə yaradılmasına üstünlük verirlər
Bu, əlavə imkanlar yaradır, belə ki, hazırda kiçik və orta bizneslərin yarısına yaxın hissəsi biznesi internetdə aparır.
İnternetdə mövcudluğunuzu necə yarada biləcəyinizi öyrənin:
-
Əgər hazırda veb-saytınız yoxdursa, işə başlamaq üçün aşağıdakı addımları atmaq lazımdır:
Veb-sayt ünvanı və ya URL alaraq biznesinizi internetə qoşun. Ünvanın asan tələffüz edilən, yazılan və yaddaqalan olduğundan əmin olun.
Saytınızı dəstəkləmək üçün host və platforma seçin. “Host” veb-saytınıza daha geniş internet şəbəkəsinə qoşulmağa imkan verəcək, “platforma” isə veb-saytınızı layihələşdirməyə və yaratmağa imkan verəcək.
Əmin olun ki, saytınızda hərəkət etmək asandır. İstehlakçılar üçün biznesinizin nədən ibarət olduğunu, nə təklif etdiyini, məhsul və ya xidmətlərinizi necə ala biləcəklərini anlamaq vacibdir.
Onlayn-ödəniş qəbul edin. Bu, onlayn satışa imkan verəcək. Ətraflı məlumat üçün Kiçik vә orta biznesin rәqәmsal transformasiyası bölməsində “Rəqəmsal ödənişlərin qəbulunun tənzimlənməsi” hissəsinə baxın.
-
Saytınızı istifadəyə verən kimi istehlakçılar səhifənizi ziyarət etməyə başlaya bilər. Saytın təşviqatı üçün bir neçə üsul:
- Axtarış optimizasiyası (SEO): sizinkinə bənzər şirkət axtaran müştərilərin sizi axtarış sistemlərində tez tapa bilməsi üçün veb-sayt tənzimləməsi texnikasıdır. Öz veb-saytınızda istifadə edə biləcəyiniz pulsuz üsul mövcuddur: mətnlərin məzmununu və strukturunu açar sözlərlə axtarış ehtimalına uyğun dəyişdirə bilərsiniz.
- Klikə görə ödənişlə reklam (PPC): şirkətlərə yalnız internet istifadəçiləri elanlarına klikləyəndə ödəniş etmək imkanı verən reklam modeli. Bir qayda olaraq, siz açar sözün və ya ifadənin axtarışı zamanı elanınızın görünməsi üçün PPC-servisə ödəniş edirsiniz.
- Axtarış sisteminin digər parametrləri. Bəzi axtarış sistemləri sizə saytlarının müxtəlif hissələrində şirkətiniz barədə informasiya yerləşdirməyə izn verir ki, alıcılar sizi asanlıqla tapa bilsinlər.
-
Onlayn ticarət platformaları – şirkətlərə potensial alıcılar üçün məsullarını yerləşdirməyə imkan verən kənar veb-saytlardır. Beləliklə, alıcılar bu məhsulları görür və almaq istəyirlər. Aşağıdakı məqamları diqqətdə saxlamaq lazımdır:
- Platforma seçərkən təklif etdiyiniz məhsulun növü, hədəf auditoriyanız və onların alış-veriş üçün internetdə müraciət etdiyi yerlər kimi amilləri nəzərə alın
- Siz alıcıların məhsulunuz haqqında bilməli olduğu hər şeyi nümayiş etdirməlisiniz, bura inandırıcı vizual effektlər, brend haqqında məlumat və çatdırılma haqqında bütün müvafiq anlayışlar daxildir.
-
Biznesinizin təşviqatı və satışı üçün bir sıra rəqəmsal marketinq alətləri mövcuddur:
- Elektron poçt: müəyyən şərtlərdə müştərilərinizə aksiyalar və ya müvafiq xəbərləri elan etmək üçün istifadə oluna bilər. Relevant və fərdiləşdirilmiş kontent təqdim edərək müştərilərinizi məktublarınıza baxmağa məcbur edin və əmin olun ki, dəqiq hərəkətə çağırış mesajınız var (və ya müştərilərinizi cəlb etmək istədiyiniz hər hansı bir şeyə)
- Sosial şəbəkələr: müştərilərinizlə ünsiyyətdə olmağa, onlara uyğun kontenti bölüşməyə imkan verir. Öz təcrübənizi bölüşərək istehlakçıları cəlb edin, məhsullar və reklam aksiyaları barədə elanlar verin, onları söhbətə qoşulmağa dəvət edin.
- Şərhlər: müştərilərinizin biznesiniz haqqında nə dediyini öyrənərək məlumatlı qalın. Çalışın ki, şərhləriniz güclü və aktual olsun. Bir qədər çox vaxt sərf edin və həm müsbət, həm də mənfi rəylərə cavab verin. Müştərilərdən biznesiniz haqqında internetdə bölüşməyi xahiş etməkdən çəkinməyin.
Kiçik vә orta bizneslәrin rәqәmsal tranformasiyası barədə yükləyərək daha çox öyrənin
Müştərilərə xidmətin keyfiyyətinin artırılması
Rəqəmsal alətlər və xidmətlər alış-verişi sadələşdirmək üçün istifadə oluna bilər.
Müştərilərlə müsbət iş təcrübəsi daha çox müştəri cəlb etməyə, satışları artırmağa və müştəri loyallığını yüksəltməyə kömək ola bilər. Alış-veriş prosesini sadələşdirən rəqəmsal alətlər və xidmətlər müştərilər alış-verişi harada edəcəklərinə qərar verərkən vacib həvəsləndirici amillərdən biridir. Bu cür üstünlüklərin təqdim olunması müştəriləri sizinlə işləməyə həvəsləndirə bilər.
Müştəriləri həvəsləndirən əsas üstünlüklər:
Mağazalar*
- Pulsuz çatdırılma: 96%
- Rəqəmsal loyallıq proqramı: 92%
- Onlayn və oflayn mağazalar: 91%
- Sorğulara sürətli cavab: 89%
Restoranlar*
- Menyuya onlayn baxış: 93%
- Kartla ödəniş və çay pulu: 87%
- Rəqəmsal loyallıq proqramı: 87%
- Pulsuz çatdırılma: 85%
Xidmətlər*
- Rəqəmsal loyallıq proqramı: 90%
- Sorğulara sürətli cavab: 89%
- Kartla ödəniş və çay pulu: 83%
- Xidmətin onlayn bronu: 78%
* Pərakəndə satış əsasında, apteklər və qida məhsulları daxil olmaqla
Müştərilərə xidməti necə yaxşılaşdıra biləcəyinizi öyrənin:
-
Müştərilərə təklif edilən alətləri və xidmətləri qiymətləndirərkən bunları edə bilərsiniz:
- Kiçik və orta bizneslərin transformasiyası bölməsində hansı alətləri və xidmətləri diqqətdə saxlaya biləcəyinizi öyrənin
- Potensial və mövcud müştərilərin üstünlüklərini təsdiqləyin. Mütləq digər üstünlüklərinin olub-olmadığını soruşun
- Üstünlüklər müəyyənləşdiriləndən, prioritetlər üzrə sıralanandan və işə salınandan sonra mütləq onların biznesin effektivliyinə necə təsir etdiyini izləyin. Alış-verişin həcmi, sayı, müştərilərin razılığı və təmiz gəlir nəzərdən keçirilməlidir.
-
Loyallıq proqramları müştərilərə biznesinizi ziyarət etməyə və ona qayıtmağa kömək edəcək. Loyallıq proqramı yaratmaq üzrə bəzi tövsiyələr:
- Müştərilərin istədiyi mükafatları vermək, mükafatı almaq üçün qısa yollar yaratmaq və müştərilərə mükafatları vaxtında almağa imkan yaratmaq
- Loyallıq proqramını işə salmaq üçün bir neçə variant var:
- POS-provayder: POS-provayderinizdə loyallığın həvəsləndirilməsi proqramları üzrə quraşdırılmış sistemin olub-olmadığını yoxlayın
- Kartla əlaqəli proqramlar: bu proqramlar adətən ödəniş şəbəkələri, banklar və üçüncü şəxslər tərəfindən təklif olunur. Bir qayda olaraq onlar müştərilərə asan qeydiyyatdan keçməyə və mükafatı avtomatik əldə etməyə imkan verir
- Qoş və oyna: qoş və onlayn oyna formatında müxtəlif loyallıq üsulları var. Onları dəyərləndirərkən müştəriləriniz üçün hansı təklif və mükafatların daha vacib olduğu barədə düşünün və biznesinizə ən uyğun gələn təchizatçını seçin
- Öz loyallıq proqramınızı quraşdırdıqdan sonra mütləq onu müştərilərinizə tanıdın. Onu nə qədər çox istifadə etsələr, o qədər böyük ehtimal var ki, onlar daimi müştərilərə çevriləcəklər.
Kiçik vә orta bizneslәrin rәqәmsal tranformasiyası barədə yükləyərək daha çox öyrənin
Rəqəmsal ödənişlərin təsiri
Kartla və ya mobil cihazla ödəniş kimi rəqəmsal ödəniş üsulları kiçik və orta bizneslərin yekun gəlirinə müsbət təsir edə bilər.
Bu yaxınlarda keçirilən sorğuya əsasən kiçik və orta biznes təmsilçiləri bildiriblər ki, rəqəmsal ödənişlərin qəbulu məhsuldarlığı və gəliri artırır, xərcləri isə azaldır:
Orta hesabla 8%
Rəqəmsal ödəniş qəbul etdikdən sonra bildirilən kiçik və orta müəssisələrin gəlirlərinin artması1
57% daha az
Sorğuda iştirak edən kiçik və orta biznes sahibkarlarının bildirdiyi kimi birbaşa xərclər və əməkhaqqı xərcləri daxil olmaqla rəqəmsal ödənişlərin işlənməsi dəyəri qeyri-rəqəmsal ödənişlərin işlənməsi ilə nisbətdə2
Rəqəmsal ödəniş üsullarının qəbulu ödəniş həcmini rəqəmsal ödənişlərin xeyirinə artıra bilər və potensial olaraq biznesinizin təmiz gəlirinə təsir edə bilər.
Sorğuda iştirak edәn istehlakçıların 66%-i
yalnız öz kartları ilə ödəniş etməyi seçiblər
Sorğuda iştirak edәn istehlakçıların 82%-i
rəqəmsal ödənişlər vasitəsilə alış-verişlər üçün minimal və ya əlavə rüsum tələb edən şirkətlərdən alış-veriş etməyi sevmirlər
Soğruda iştirak edәn kiçik vә orta bizneslәrin 65%-i
razılaşıblar ki, müştərilər nağd ödənişlə müqayisədə kart istifadə edərək daha çox pul xərcləyirlər
Soğruda iştirak edәn kiçik vә orta bizneslәrin 74%-i
razılaşıblar ki, rəqəmsal ödənişlərin qəbulu bizneslərini daha effektiv idarə etməyə kömək edir
1 Rəqəmsal ödənişlərin qəbulundan sonra satış həcmində konkret artım olması və ya olmaması barədə məlumat verən sorğu iştirakçılarına əsaslanır. Heç bir iştirakçı satış həcminin azalmasını bildirməyib.
2 2018-ci il ərzində Maru / Matchbox sorğusuna əsaslanır. Rəqəmsal ödənişlər bank köçürmələri, kartlar (kredit, debet, önödəməli), mobil ödənişlər və təkranqlı ödənişlər olaraq təyin edilib. Qeyri-rəqəmsal ödənişlər nağd, qəbz və pul köçürmələri olaraq təyin edilib. Kiçik vә orta bizneslәrin rәqәmsal transformasiyası: daha ətraflı məlumat almaq üçün baxın.
Rəqəmsal ödənişləri qəbul etməyin və biznesinizi rəqəmsal formada aparmağın yolları
-
Ödəniş xidmətlərinin təschizatçısının seçilməsi – mağazanıza, veb-saytınıza və ya mobil cihazınıza rəqəmsal ödənişləri qəbul etməyə və vəsaitləri ticari hesabına avtomatik əlavə etməyə icazə verən ilk addımdır:
- Ödəniş təchizatçısı seçərkən onların təklif etdiyi üstünlüklərin növünə diqqət yetirmək lazımdır. Bunlardan bəziləri: fırıldaqçılığın qarşısının alınması imkanı, PCI tələblərinə uyğunluq, mağaza və internetdə ödənişlərin qəbulu elastikliyi, həmçinin, müxtəlif ödəniş üsullarını, məsələn, EMV (çip-kartlar) və kontaktsız EMV qəbul etmək imkanı
- Ödənişləri necə qəbul edəcəyinizi müəyyənləşdirdikdən sonra satıcının hesabını necə quraşdıracağınızı müəyyənləşdirin: əgər siz məhsullarınızı fiziki məkandan satırsınızsa, sizə kart satıcısının hesabı lazım olacaq (CP). Əgər internet və ya telefon vasitəsilə satırsınızsa, həmçinin, ticari hesab lazım olacaq (CNP).
-
Siz biznesinizin digər hissələrini də idarə etmək üçün texnologiyalardan istifadə edə bilərsiniz
- Təchizatçıların və ehtiyatların idarə olunması.
Müxtəlif məhsullar və proqram təminatı sizə daha effektiv şəkildə ehtiyatları izləməyə və alıcı sifarişlərini, hesabları və müqavilələri idarə etməyə kömək edəcək. - Ticari xərclərin izlənməsi.Kiçik biznesin debet və kredit kartları sizə xərcləri sürətli və asan şəkildə izləməyə, alış-verişlərin təhlükəsizliyini təmin etməyə və əməkdaşlar tərəfindən sui-istifadə hallarına nəzarət vasitələrindən istifadə etməyə kömək edə bilər.
- Personalın və əmək haqqının optimizasiyası.
Bir çox proqramlar işçi qüvvəsi xərclərinin proqnozlaşdırılması, saatlıq əməkdaşlığın planlaşdırılması və əmək haqqının idarə edilməsi üzrə tövsiyələr təqdim edə bilər.
- Təchizatçıların və ehtiyatların idarə olunması.
Kiçik vә orta bizneslәrin rәqәmsal tranformasiyası barədə yükləyərək daha çox öyrənin