Nəzərdə tutmalı olduğunuz xərclər
Vergilər, ofis təchizatı, aylıq kommunal ödənişlər. İşə başlamamışdan əvvəl bir çox xərcləri nəzərə almalısınız. Hər biznes fərqli olsa da, istər xidmət təklif edən fiziki mağaza, istər onlayn biznes açarkən əsaslanmalı olduğunuz bir neçə ümumi məsələ var.
Kirayə: Biznesiniz üçün ofisə, yoxsa satış məkanına ehtiyac olacaq? Məhsullarınızı, inventarları və ya təhcizatı saxlamaq üçün anbar kirayələməyə ehtiyacınız olacaqmı?
Təchizat: Sizin hansı təchizata ehtiyacınız olacaq? Hazırda əlinizdə var, yoxsa almağa və ya icarəyə götürməyə ehtiyacınız olacaq?
Rüsumlar: Biznes lisenziyaları və icazələri pul tələb edir. Sizə hansı federal, dövlət və ya yerli tələblər tətbiq olunur?
Əmək haqqı/İşçi: İşçi tutmaq neçəyə başa gələcək? Təklif etdiyiniz işlər barədə elan vermək xərc tələb edəcəkmi?
Marketin/Reklam: Açıq olduğunuzu və biznesə hazır olduğunuzu ətrafa bildirmək üçün çap reklamına, onlayn reklama, marketinq materiallarına və/və ya lövhələrə ehtiyacınız olacaqmı?