Öz biznesiniz üçün sosial şəbəkələri seçin: Hər sosial şəbəkənin öz auditoriyası var, ona görə eyni müştəri bazası üçün bir neçə sosial şəbəkə tətbiq etmək olmaz. Məsələn, digər şirkətlərə məhsul və ya xidmət satan müəssisələr biznes-ehtiyaclar üzrə ixtisaslaşmış sosial şəbəkədən daha yaxşı nəticə əldə edə bilər. İstehlakçılara məhsul satan şirkətlər isə fotomübadilə üçün yaradılmış platformanı seçə bilər.
Vaxtı öz xeyrinizə işlədin, müştəriləriniz onlayn olanda paylaşım edin: Müxtəlif vaxtları təcrübədən keçirin. Hər auditoriya müxtəlifdir. Məsələn, bəzi müştərilər sosial mediada iş saatlarında və ya nahar fasiləsində vaxt keçirə bilər. Dəqiq məqsədlər müəyyənləşdirin və uğurunuzu qiymətləndirməyə kömək edən göstəricilər qurun: əgər məqsədiniz biznesiniz barədə məlumat verməkdirsə və 30 000 adam paylaşımlarınızı paylaşırsa, bu böyük inkişafdır. Əgər sosial medianı satışları stimullaşdırmaq üçün istifadə edirsinizsə, onda “bu məhsulu hardan ala bilərəm?” kimi yeni suallar böyük əhəmiyyətə malik effektivlik göstəricisidir.
Sınayın, nəzər salın və öyrənin: Mütəmadi olaraq paylaşımlarınızın hansının daha uğurlu olduğunu yoxlayın. Əksər sosial şəbəkə platformaları informasiya paneli təqdim edir və siz hansı paylaşımın daha çox baxış, bəyənmə aldığını, daha məşhur olduğunu görə bilirsiniz. Uğurlu paylaşımları müəyyənləşdirdikdən sonra onların niyə uğur qazandığını təhlil edin və növbəti paylaşımlarda əldə etdiyiniz nəticələri sınaqdan keçirin.
Özünüz olun: Şirkətinizin reputasiyasını sosial şəbəkələrdə istifadə edin. Sizi unikal edən cəhətlərə yönəlin (məsələn, siz gül dükanısınız və məşhurlar üçün kompozisiyalar yaradırsınız). Məhz orijinallıq sosial şəbəkələrdə uğura aparır