Visa biznes-kartı ilə AWS Activate-də 2 il ərzində qüvvədə qalmaqla 5 000 ABŞ dolları dəyərində promosyon krediti əldə edin.
Həmçinin siz bunları əldə edirsiniz:
- Business Support proqramı çərçivəsində 1 il müddətində 1500 ABŞ dolları qiyməti ilə Bulud Hesablama Dəstəyi Mühəndisləri xidmətindən 24/7 istifadə imkanı.
- AWS buludu ilə işləmə bacarıqlarının inkişafı üçün müstəqil laboratoriya işləri üçün 80 kredit verilir.
- Freshworks, Notion, Paytm, Airtable, Segment, HubSpot, Chargebee və s. bu kimi etibarlı təşkilatların startaplar üçün xüsusi təkliflərindən yararlanma imkanı.
Təklifdən necə yararlanmaq olar?
- Poshvine web-saytına keçin və Claim Offer düyməsini basın.
- Validasiya üçün Visa biznes-kartınızın nömrəsinin ilk 9 rəqəmini daxil edin.
- Partnyor saytına geçmək üçün Redeem düyməsini basın.
- Tələb olunan məlumatları daxil etməklə qeydiyyatdan keçin və bundan sonra sizə ödəniş linki göndəriləcək.
- Ödənişi Visa Business, Visa Platinum Business və ya Visa Signature Biznes kartınız ilə həyata keçirin.
Təklif GMT vaxtı ilə 01 oktyabr 2022-ci il saat 00:00-dan 31 dekabr 2024-cü il saat 23:59 GMT vaxtına qədər etibarlıdır.
Şərtlər və qaydalar
Partnyorunşərtləri və qaydaları.
Zəhmət olmasa, şirkətinizin web-saytının aktiv olduğundan və təqdim etdiyiniz məlumatın AWS hesabınızdakı məlumatlara (məsələn, şirkətinizin adı və e-poçt ünvanınız) uyğun olduğundan əmin olun. Daxil edilmiş məlumatların yoxlanılması və qeydiyyatı orta hesabla 7-10 iş günü çəkir.
AWS Activate haqqında tez-tez verilən suallar: aws.amazon.com/activate/faq.
AWS Activate-dən istifadə üçün Şərtlər və qaydalar: aws.amazon.com/activate/terms.
Viza kompaniyasının şərtləri və qaydaları.
Sizə edilən bu Təklifin təfərrüatları Partnyor tərəfindən təqdim edilən məlumatlara əsaslanır. Visa kompaniyası bu məlumatların düzgün olduğuna zəmanət vermir. Ona görə də sizdən xahiş edirik ki, hər dəfə edilən Təklifin mövcudluğunu və etibarlılığını birbaşa Partnyorla əlaqəyə girməklə yoxlayasınız. Partnyor bu Təklif çərçivəsində təqdim edilən bütün malların və/və ya xidmətlərin yeganə təchizatçısıdır. Müvafiq olaraq, Visa kart sahibi bunu başa düşür, qəbul edir və razılaşır ki, onun bu Təklif çərçivəsində hər hansı malı və/və ya xidmətləri alması yalnız Partnyorla onun arasında olan müqaviləyə əsaslanır və Visa bu müqavilənin tərəfi deyil və olmayacaq. Bu Təklif çərçivəsində hər hansı mal və ya xidmətlərdən istifadə etməklə və ya istifadə etməyə cəhd etməklə, Visa kart sahibi başa düşür, qəbul edir və razılaşır ki: kart sahibinin bu Təklif çərçivəsində hər hansı mal və/və ya xidmətləri alması və ya almağa cəhd etməsi nəticəsində və ya onunla əlaqədar yaranan hər hansı xarakterli iddialar, şikayətlər və ya e`tirazlar (bundan sonra qısaca “İddialar” adlandırılacaq), Visa kart sahibi tərəfindən birbaşa Partnyorla həll ediləcək və Visa kart sahibi Visa kompaniyasına qarşı heç bir iddia irəli sürməyəcək. Yuxarıda göstərilənlərə xələl gətirmədən və qanunun icazə verdiyi maksimal dərəcədə, Visa kompaniyası Təklifin və ya Təklif çərçivəsində təqdim edilən malların və/və ya xidmətlərin istifadəsi və ya istifadə cəhdi nəticəsində və ya onunla əlaqədar yaranan hər hansı xəsarət, ölüm, yanlış məlumat, zərər və ya ziyanla bağlı hər hansı itki, zərər, xərc və ya iddiaya (birbaşa və ya dolayı) görə hər hansı bir şəxs qarşısında heç bir məsuliyyət daşımır.