Visa biznes-kartınızla British Council-da onlayn ingilis dili kurslarına 10% endirim əldə edin.
Təklifdən necə yararlanmaq olar?
- Poshvine web-saytına keçin və Claim Offer düyməsini basın.
- Validasiya üçün Visa biznes-kartınızın nömrəsinin ilk 9 rəqəmini daxil edin.
- Partnyor saytına geçmək üçün Redeem düyməsini basın.
- Tələb olunan məlumatları daxil etməklə qeydiyyatdan keçin.
- Kursun ödənişini Visa Business, Visa Platinum Business və ya Visa Signature Biznes kartınız ilə həyata keçirin.
Təklif GMT vaxtı ilə 01 oktyabr 2022-ci il saat 00:00-dan 30 sentyabr 2024-cü il saat 23:59 GMT vaxtına qədər etibarlıdır.
Şərtlər və qaydalar
Partnyorunşərtləri və qaydaları
Visa kart sahibləri üçün xüsusi təklif: Visa müştərisi olaraq siz qiymətlərimizə 10% endirim əldə etmiş olursunuz. Bizim bu xidmətimizi Visa səhifəsindən bron etsərsənizsə, endirim avtomatik olaraq tətbiq edilir. Nəzərə alın ki, xidmətimizi bu səhifədən bron etməsəniz, endirimdən yararlana bilməyəcəksiniz. Visa müştəriləri üçün endirim digər promosyonlarla birləşdirilə bilməz.
Viza kompaniyasının şərtləri və qaydaları.
Sizə edilən bu Təklifin təfərrüatları Partnyor tərəfindən təqdim edilən məlumatlara əsaslanır. Visa kompaniyası bu məlumatların düzgün olduğuna zəmanət vermir. Ona görə də sizdən xahiş edirik ki, hər dəfə edilən Təklifin mövcudluğunu və etibarlılığını birbaşa Partnyorla əlaqəyə girməklə yoxlayasınız. Partnyor bu Təklif çərçivəsində təqdim edilən bütün malların və/və ya xidmətlərin yeganə təchizatçısıdır. Müvafiq olaraq, Visa kart sahibi bunu başa düşür, qəbul edir və razılaşır ki, onun bu Təklif çərçivəsində hər hansı malı və/və ya xidmətləri alması yalnız Partnyorla onun arasında olan müqaviləyə əsaslanır və Visa bu müqavilənin tərəfi deyil və olmayacaq. Bu Təklif çərçivəsində hər hansı mal və ya xidmətlərdən istifadə etməklə və ya istifadə etməyə cəhd etməklə, Visa kart sahibi başa düşür, qəbul edir və razılaşır ki: kart sahibinin bu Təklif çərçivəsində hər hansı mal və/və ya xidmətləri alması və ya almağa cəhd etməsi nəticəsində və ya onunla əlaqədar yaranan hər hansı xarakterli iddialar, şikayətlər və ya e`tirazlar (bundan sonra qısaca “İddialar” adlandırılacaq), Visa kart sahibi tərəfindən birbaşa Partnyorla həll ediləcək və Visa kart sahibi Visa kompaniyasına qarşı heç bir iddia irəli sürməyəcək. Yuxarıda göstərilənlərə xələl gətirmədən və qanunun icazə verdiyi maksimal dərəcədə, Visa kompaniyası Təklifin və ya Təklif çərçivəsində təqdim edilən malların və/və ya xidmətlərin istifadəsi və ya istifadə cəhdi nəticəsində və ya onunla əlaqədar yaranan hər hansı xəsarət, ölüm, yanlış məlumat, zərər və ya ziyanla bağlı hər hansı itki, zərər, xərc və ya iddiaya (birbaşa və ya dolayı) görə hər hansı bir şəxs qarşısında heç bir məsuliyyət daşımır.