Expensify və Visa ilə xərclərin idarə edilməsi rahatlaşır

Xərclərin razılaşdırılmasına daha az, biznesin idarə olunmasına daha çox vaxt sərf edin. Xərclərin idarə edilməsini Expensify ilə avtomatlaşdırın. Bir kliklə xərclər barədə hesabat yaratmaq və göndərmək üçün sadəcə qəbzin fotosunu çəkin.

Visa Business, Visa Platinum Business, Visa Signature Business, Visa Infinite Business, Visa Corporate, Visa Purchasing kartları ilə ödəniş zamanı Expensify ilə ödənişə ilk üç aya 50% endirim əldə edin.

Visa Business card
Visa Platinum Business card
Visa Signature Business card

Təklifdən necə istifadə etməli:

  • Bu linkə keçid edin.
  • “Təklifi əldə et” bölməsinə klikləyin və Visa kartınızın ilk 9 rəqəmini yazın.
  • Təklifin səhifəsinə keçmək üçün “İstifadə et” düyməsinə klikləyin.
  • Lazımlı məlumatları daxil edərək Expensify-da qeydiyyatdan keçin.
  • “Ödənişlər” bölməsində promokodu daxil edərək endirim əldə edin.

Təklif 31 dekabr 2025 tarixinədək keçərlidir.

Qaydalar və şərtlər:

Bu təklif yalnız yeni Expensify istifadəçisi olan Visa biznes-kart sahibləri üçün keçərlidir. Təklifin müddəti məhduddur. Bu onlayn məhsuldan yararlanmaq üçün internetə çıxışınız olmalıdır və standart internet tarifləri tətbiq olunacaqdır. Ətraflı məlumat almaq üçün internet təchizatçınıza müraciət edin. Təklifə yeni istifadəçilər üçün 35 günlük pulsuz Expensify abunəliyi (ilk 35 gün üçün bütün rüsumlar və ödənişlər daxil olmaqla), həmçinin Expensify-da növbəti 3 ayın ödənişinə 50% endirim daxildir. Pulsuz 35 günlük abunəlik müddəti bitdikdən sonra standart Expensify rüsumları tətbiq olunacaqdır. Visa biznes-kartlarının sahibləri ilk 3 ay ərzində Expensify-da aylıq ödənişə 50% endirim əldə etmək üçün təqdim olunan promokodu daxil etməlidirlər. Aktual qiymətlər daxil olmaqla əlavə məlumat almaq üçün bu saytı ziyarət edin: use.expensify.com/pricing. Bu təklif digər Expensify təklifləri ilə birgə istifadə oluna bilməz. Bu təklif istənilən vaxt ləğv edilə və ya dəyişdirilə bilər.

Təkliflərlə bağlı sualınız var? Visa Concierge çat-botu köməyinizə çatar!

Visa Concierge çat-botuna keçin, əsas menyuda Support360 düyməsini seçin və hərtərəfli məlumat alın.