Prosesləri Freshworks-un AI həlləri ilə optimallaşdırın və Visa ilə 30%-dək endirim əldə edin

Freshworks müştəriləri və işçiləri yüksək keyfiyyətli təcrübələrlə təmin etmək üçün insanların ehtiyacları nəzərə alınmaqla qurulmuş AI-xidmət proqram təminatını təqdim edir. Bütün dünyada 67 000-dən çox şirkət artıq Freshworks-a etibar edir.

Freshworks xidmətinin biznesiniz üçün faydaları:

  • Fərdiləşdirilmiş təcrübə və gəlirlərin artması üçün müştərilərlə bütün qarşılıqlı əlaqələrin tam icmalı.
  • Gündəlik işlərin avtomatlaşdırılması və iş proseslərinin sadələşdirilməsi üçün süni intellekt.
  • Sürətli və sadə icra, sərfəli təkliflər.
  • Biznesin uğuruna yönəlmiş premium dəstək və yanaşma.

Freshworks-dan Visa biznes-kart sahibləri üçün xüsusi təklif

Visa Business, Visa Platinum Business, Visa Signature Business, Visa Infinite Business, Visa Corporate və ya Visa Purchasing kartları ilə ödəniş zamanı bütün Freshworks məhsullarına 30%-dək endirim əldə edin.

Təklifdən necə yararlanmalı:

  • Təklifin səhifəsinə keçin.
  • “Redeem Now” düyməsinə klikləyin.
  • Təsdiq üçün Visa biznes-kartınızın ilk 9 rəqəmini yazın.
  • Uğurlu yoxlamadan sonra “Redeem Now” düyməsinə kliklədikdə Freshworks qeydiyyat səhifəsinə yönləndiriləcəksiniz.
  • “Get Offer” düyməsinə klikləyin.
  • Hesab məlumatlarını tamamlayın.
  • Freshworks tələblərin dəqiqləşdirilməsi üçün sizinlə əlaqə saxlayacaq.
  • Xidməti Visa biznes-kartınızla ödəyin.

Endirim təklifi bütün Visa biznes-kart  sahibləri üçün 1 yanvar 2024-31 dekabr 2025 tarixləri ərzində keçərlidir. Şərtlər və məhdudiyyətlərlə saytda tanış ola bilərsiniz.

Təklif bütün Visa biznes-kart  sahibləri üçün 31 dekabr 2025 tarixinədək keçərlidir.

Şərtlər və məhdudiyyətlər:

Bütün Freshworks məhsullarının rüblük, yarım illik və illik ödənişinə 30%, aylıq ödənişinə isə 20% endirim əldə edin.

Təklif Freshworks ilə ən azı 1 illik müqavilə bağlandıqda keçərlidir. Müştərilər mütəxəssislərdən 3 pulsuz konsultasiya və 3 tənzimləmə seansı alacaqlar. Təklif Growth, Pro və Enterprise planları üçün keçərlidir. Təklif 250 nəfərdən az işçisi olan şirkətlər üçün keçərlidir. Təklif mövcud Freshworks istifadəçilərinə şamil edilmir. Freshworks standart şərtləri tətbiq olunur. Təklifin təfərrüatları Tərəfdaş tərəfindən təqdim edilən məlumatlara əsaslanır. Visa məlumatların düzgünlüyünə zəmanət vermir. Təklifin mövcudluğunu və etibarlılığını birbaşa Tərəfdaşla dəqiqləşdirin.

Tərəfdaş bu təklif çərçivəsində bütün malların və/və ya xidmətlərin yeganə təchizatçısıdır. Müvafiq olaraq, Visa kart sahibi başa düşür, qəbul edir və razılaşır ki, onun bu təklif əsasında hər hansı mal və/və ya xidmət əldə etməsi yalnız tərəfdaşla onun arasındakı razılaşmaya əsaslanır və Visa bu təklifin tərəflərindən biri deyil və olmayacaq. Bu təklif çərçivəsində hər hansı mal və xidmətlərdən istifadə etməklə və ya istifadə etməyə cəhd etməklə, Visa kart sahibi başa düşür, qəbul edir və razılaşır ki, kart sahibinin bu təklif çərçivəsində hər hansı mal və/və ya xidmətlərin almasından və ya alınması cəhdindən irəli gələn hər hansı bir iddia, şikayət və ya mübahisə Visa kart sahibi tərəfindən birbaşa tərəfdaşla aydınlaşdırılmalıdır və Visa kart sahibinin Visa-ya qarşı heç bir iddiası olmamalıdır. Yuxarıda qeyd olunanlara xələl gətirmədən və qanunla icazə verilən dərəcədə Visa təklifin istifadəsi və ya təklif çərçivəsində təqdim olunan malların və/və ya xidmətlərin istifadəsi və ya istifadə cəhdi nəticəsində yaranan hər hansı xəsarət, ölüm, təhrif, itki və ya gözdən qaçırma halı ilə bağlı (birbaşa və ya dolayı) heç bir şəxs qarşısında məsuliyyət daşımayacaq.

Təkliflərlə bağlı sualınız var? Visa Concierge çat-botu köməyinizə çatar!

Visa Concierge çat-botuna keçin, əsas menyuda Support360 düyməsini seçin və hərtərəfli məlumat alın.