• Global Airport Concierge

    Visa və Global Airport Concierge xidmətləri ilə səyahətlərdə komfort

Visa Commercial kartınız sayəsində Global Airport Concierge xidmətlərinə 5%-dən 15%-dək endirim əldə edin

Global Airport Concierge səyahət zamanı biznesinizə necə kömək edə bilər?

Global Airport Concierge artıq 10 ildən çoxdur ki, səfərlərin komfortlu və qayğısız keçməsi üçün əlindən gələni edir.

Visa Commercial kartınızla aeroportda qarşılama və müşayiət xidmətlərinə 15%, baqaj daşıma xidmətlərinə 5% endirim əldə edə bilərsiniz.

Dünyanın 700-dən çox aeroportunda mövcud olan konsyerj xidmətləri sayəsində aviauçuşlar zamanı stres və zəhmətdən azad ola bilərsiniz. Qarşılama və salamlama məsələləri ilə məşğul olan səlahiyyətli agentlərimiz yolun hər mərhələsində sizə kömək edəcək. Təyyarənin qapısında qarşılanmaq və immiqrasiya yoxlanışını mümkün qədər tez keçmək istəyirsiniz, uçuş zamanı çantalarınızı daşımağa yardım lazımdır, yaxud çatanda sürücülü lüks avtomobil arzulayırsınız? Xidməti özünüz seçə bilərsiniz.

Niyə Global Airport Concierge?

  • Müştərilərə dəstək xidməti günün 24 saatı, ilin 365 günü fəaliyyət göstərir.
  • Hər xidmət konkret tələblərinizə uyğun olaraq fərdiləşdirilə bilər.
  • Bütün dünyada sərnişinlər üçün VIP Meet and Assist, Lounge, Chauffeur və digər xidmətlərə rəqabətli qiymətlər.

Təklifdən necə istifadə etməli?

  • Bu linkə keçid edin.
  • “Təklifi əldə et” düyməsinə klikləyin.
  • Təsdiq üçün Visa Commercial kartınızın ilk 9 rəqəmini daxil edin.
  • “İstifadə et” düyməsinə klikləyərək satıcının veb-saytını ziyarət edin.
  • Endirimi əldə etmək üçün kupon kodundan istifadə edərək sifariş yaradın.

Visa ilə işgüzar səfərlərinizdə maksimum komfort əldə edin!

Nəzərinizdə olsun ki, təklifdən yalnız карт Visa Business, Visa Platinum Business, Visa Signature Business, Visa Infinite Business, Visa Corporate, Visa Purchasing.

Təklif 31 dekabr 2025 tarixinədək keçərlidir.

Qaydalar və şərtlər:

Təklif digər aksiyalarla birgə istifadə olunmur. Bütün vergilər və komissiyalar iştirakçılar tərəfindən sərbəst şəkildə ödənilir. Təşkilatçı öncədən xəbərdarlıq etmədən təklifi dəyişdirmək və ya ləğv etmək hüququnu qoruyur.

Təkliflərlə bağlı sualınız var? Visa Concierge çat-botu köməyinizə çatar!

Visa Concierge çat-botuna keçin, əsas menyuda Support360 düyməsini seçin və hərtərəfli məlumat alın.