Visa biznes-kartı ilə 3$-dan başlayan aylıq ödənişlə Google Workspace abunəliyini əldə edin.
Təklifdən necə yararlanmaq olar?
- Poshvine web-saytına keçin və Claim Offer düyməsini basın.
- Validasiya üçün Visa biznes-kartınızın nömrəsinin ilk 9 rəqəmini daxil edin.
- Partnyor saytına geçmək üçün Redeem düyməsini basın.
- Tələb olunan məlumatları daxil etməklə qeydiyyatdan keçin.
- Abunəliyiniz təsdiqləndikdən sonra onun haqqını Visa Business, Visa Platinum Business və ya Visa Signature Business kartınızla ödəyin.
Təklif GMT vaxtı ilə 01 yanvar 2023-cü il saat 00:00-dan 31 dekabr 2024-cü il saat 23:59 GMT vaxtına qədər etibarlıdır.
Şərtlər və qaydalar
Partnyorun şərtləri və qaydaları
Bu təklif Google Workspace xidmətlərini satın almaq üçün VISA müştəriləri üçün edilən xüsusu bir təklifdir. ResellerClub, smeoffers.poshvine.com vasitəsilə Google Workspace xidmətlərini alan bütün müştərilərə sahib olacaq və sözügedən müştərilərə inzibati dəstək göstərmək üçün məsuliyyət daşıyacaq. Bu təklif ResellerClub-dan əlavə olaraq ediləcək digər bildirişə qədər etibarlıdır. ResellerClub əlavə xəbərdarlıq etmədən bu təklifi ləğv etmək hüququnu özündə saxlayır. Google Workspace qiymətləri Google kompaniyasının qiymət dəyişikliklərinə əsasən dəyişdirilə bilər. ResellerClub əvvəlcədən xəbərdarlıq etmədən Google Workspace qiymətlərinə yenidən baxmaq hüququnu özündə saxlayır. Bu təklif həm mövcud, həm də yeni Visa kart sahiblərinə şamil edilir.
Viza kompaniyasının şərtləri və qaydaları.
Sizə edilən bu Təklifin təfərrüatları Partnyor tərəfindən təqdim edilən məlumatlara əsaslanır. Visa kompaniyası bu məlumatların düzgün olduğuna zəmanət vermir. Ona görə də sizdən xahiş edirik ki, hər dəfə edilən Təklifin mövcudluğunu və etibarlılığını birbaşa Partnyorla əlaqəyə girməklə yoxlayasınız. Partnyor bu Təklif çərçivəsində təqdim edilən bütün malların və/və ya xidmətlərin yeganə təchizatçısıdır. Müvafiq olaraq, Visa kart sahibi bunu başa düşür, qəbul edir və razılaşır ki, onun bu Təklif çərçivəsində hər hansı malı və/və ya xidmətləri alması yalnız Partnyorla onun arasında olan müqaviləyə əsaslanır və Visa bu müqavilənin tərəfi deyil və olmayacaq. Bu Təklif çərçivəsində hər hansı mal və ya xidmətlərdən istifadə etməklə və ya istifadə etməyə cəhd etməklə, Visa kart sahibi başa düşür, qəbul edir və razılaşır ki: kart sahibinin bu Təklif çərçivəsində hər hansı mal və/və ya xidmətləri alması və ya almağa cəhd etməsi nəticəsində və ya onunla əlaqədar yaranan hər hansı xarakterli iddialar, şikayətlər və ya e`tirazlar (bundan sonra qısaca “İddialar” adlandırılacaq), Visa kart sahibi tərəfindən birbaşa Partnyorla həll ediləcək və Visa kart sahibi Visa kompaniyasına qarşı heç bir iddia irəli sürməyəcək. Yuxarıda göstərilənlərə xələl gətirmədən və qanunun icazə verdiyi maksimal dərəcədə, Visa kompaniyası Təklifin və ya Təklif çərçivəsində təqdim edilən malların və/və ya xidmətlərin istifadəsi və ya istifadə cəhdi nəticəsində və ya onunla əlaqədar yaranan hər hansı xəsarət, ölüm, yanlış məlumat, zərər və ya ziyanla bağlı hər hansı itki, zərər, xərc və ya iddiaya (birbaşa və ya dolayı) görə hər hansı bir şəxs qarşısında heç bir məsuliyyət daşımır.