• Meta Ads by Quick Digital

    Visa biznes-kartı ilə Meta-da 1 200 $-dək reklam krediti əldə edin.
    Meta Ads – Facebook, Messenger, Instagram və Meta Audience Network-də reklam yaratmaq və yerləşdirmək üçün universal alətdir.

Meta Ads xidməti biznesinizə necə faydalı ola bilər?

Meta Ads – reklam yaratmağa və idarə etməyə imkan verən alətdir. Siz Meta platformalarındakı kampaniyalarınızı, elan qruplarınızı və ayrı-ayrı elanlarınızı nəzərədən keçirə, həmçinin onlara dəyişikliklər edə, nəticələrini izləyə bilərsiniz.

Niyə Meta Ads?

  • hədəflədiyiniz istifadəçiləri əhatə etmək üçün reklam kampaniyalarını hədəfə uyğun tənzimləmə imkanı.
  • xarici resursa və ya tətbiqə trafik cəlb etmək, ziyarətçi sayını artırmaq və insanları hədəflədiyiniz fəaliyyətlərə həvəsləndirmək imkanı.
  • oflayn satış nöqtələrində ziyarətçi sayını artırmaq, hər filial üçün təyin olunmuş radius çərçivəsində insanları əhatə etmək imkanı.
  • kampaniyaları bu göstəricilərə əsasən optimallaşdırmaq: göstərilmə, unikal istifadəçilər arasında gündəlik əhatə, link klikləri, hədəf səhifələrə baxış, konversiyalar, alış-veriş.
  • alınmış məlumatları təhlil etmək və reklam kampaniyalarını optimallaşdırmaq imkanı.

Meta Ads by Quick Digital-dan Visa biznes-kart sahibləri üçün xüsusi təklif

Visa biznes-kartı ilə Meta-da 1 200 $-dək reklam krediti əldə edin

Təklifdən necə istifadə etmək olar?

  1. Poshvine saytına keçin və «Claim Offer» düyməsinə klikləyin.
  2. Təsdiq üçün Visa biznes-kartınızın nömrəsinin ilk 9 rəqəmini daxil edin.
  3. Tərəfdaşın saytına keçmək üçün «Redeem» düyməsinə klikləyin.
  4. Tələb olunan məlumatları daxil edərək qeydiyyatdan keçdikdən sonra Quick Digital nümayəndəsi sizinlə əlaqə saxlayacaq.

Təklif 31 dekabr 2024, 23:59 GMT tarixinədək keçərlidir.

Qaydalar və şərtlər

Tərəfdaşın qaydaları və şərtləri
Quick Digital tərəfindən hazırlanmış bu təkliflər bir sıra şərtlərə tabedir və şirkət onları istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır. Bütün təkliflər üçün 12 aylıq öhdəlik, minimum aylıq reklam xərcləri və minimum aylıq idarəetmə haqqı nəzərdə tutulur. Təklif məbləği sabitdir və hissə-hissə istifadə edilə bilməz. İstifadə olunmamış məbləğ geri qaytarılmayacaq. Quick Digital istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən təkliflərin şərtlərini geri çəkmək və/və ya dəyişdirmək hüququnu özündə saxlayır. Quick Digital bu təklifə daxil olan xidmətlərdən istifadə nəticəsində yaranan hər hansı satış itkisinə görə məsuliyyət daşımır. Quick Digital bu təklifə daxil olan xidmətlərdən istifadə nəticəsində nüfuza dəyən hər hansı ziyana görə məsuliyyət daşımır. Fors-major hallara görə xidmətlərin yerinə yetirilməsi mümkün olmadıqda, fors-majorun təsirindən asılı olaraq məsuliyyət qismən və ya tamamilə aradan götürülür. Bununla belə, tərəflərdən biri xidmətləri gecikdirdikdən sonra fors-major halları yaranarsa, o, məsuliyyətdən azad edilmir.

Visa-nın qaydaları və şərtləri
Göründüyü kimi təklifin təfərrüatları Tərəfdaş tərəfindən təqdim edilən məlumatlara əsaslanır. Visa bu məlumatların dəqiqliyinə zəmanət vermir. Təklifin mövcudluğunu və etibarlılığını təsdiqləmək üçün birbaşa Tərəfdaşla əlaqə saxlayın. Tərəfdaş bu təklif çərçivəsində bütün mal və/və ya xidmətlərin yeganə təchizatçısıdır. Müvafiq olaraq, Visa kart sahibi anlayır, qəbul edir və razılaşır ki, onun bu Təklif çərçivəsində hər hansı malı və/və ya xidməti alması yalnız satıcı ilə onun arasındakı müqaviləyə əsaslanır və Visa bunun bir hissəsi deyil və olmayacaq. Bu Təklif çərçivəsində hər hansı mal və ya xidmətdən istifadə etməklə və ya istifadəyə cəhd etməklə, Visa kart sahibi aşağıdakıları anlayır, qəbul edir və razılaşır: bu təklif çərçivəsində hər hansı mal və/və ya xidmət (hər biri “İddia” adlanacaq) Visa kart sahibi tərəfindən birbaşa Tərəfdaşla tənzimlənməlidir və Visa kart sahibi Visa-ya qarşı heç bir İddia irəli sürməməlidir. Yuxarıda qeyd edilənlərə xələl gətirmədən və qanunla icazə verilən həddə, Visa bu Təklifin və ya Təklif çərçivəsində təqdim edilən mal və/və ya xidmətlərin istifadəsi və ya istifadə cəhdi nəticəsində hər hansı şəxsi zərər, ölüm, yanlış təqdimat, ziyan və ya fəaliyyətsizliklə bağlı istənilən itki, zərər, xərc və ya iddiaya görə (birbaşa və ya dolayı) heç bir şəxs qarşısında məsuliyyət daşımır.

Təkliflərlə bağlı sualınız var? Visa Concierge çat-botu köməyinizə çatar!

Visa Concierge çat-botuna keçin, əsas menyuda Support360 düyməsini seçin və hərtərəfli məlumat alın.