Semrush və Visa Business-dən etibarlı analitika ilə yeni bazarları fəth edin

Semrush zəmanət verir ki, marketoloqların hər zaman yaradıcılığa və yeni təcrübələrə vaxtı qalacaq, tətbiq isə məlumatlarla məşğul olacaq.

Semrush – internetdə görünməni yaxşılaşdırmaq üçün marketoloqlara bütün kanallar üzrə kampaniya yaratmaq, idarə etmək və effektivliyi ölçmək imkanı verən yeganə proqram təminatıdır. Semrush – komandanın əvəzolunmaz rəqəmsal üzvü, etibarlı analitik, rəqəmlər dünyasında bələdçidir, həmçinin biznesinizin miqyasını artıra bilməyiniz üçün yeni bazarlarda sığorta şəbəkəsi və kompas rolunu oynayır.

Niyə Semrush platformasını seçmək lazımdır?

Semrush – sizin və ya rəqiblərinizin veb-saytının ətraflı analizi üçün SEO alətlər dəstidir. Siz açar sözlərin araşdırmasını apara, istənilən domenin geri keçid analizini apara, kontent strategiyası hazırlaya və bir çox işləri görə bilərsiniz.

Semrush-un müsbət cəhətləri:

  • 50-dən çox marketinq və SEO aləti;
  • istənilən saytın kompleks analizi;
  • açar sözlərlə və rəqiblərin geri keçidləri ilə bağlı məlumatlara çatım;
  • açar sözlərin təhlili üçün detallı alət;
  • kontent-marketinq və sosial şəbəkələr üçün bir neçə alət.

Semrush-dan Visa biznes-kartlarının sahibləri üçün xüsusi təklif:

Visa Business, Visa Platinum Business, Visa Signature Business, Visa Infinite Business, Visa Corporate, Visa Purchasing kartı ilə ödəniş edərək Semrush Pro planının 14 günlük pulsuz sınaq versiyasını əldə edə bilərsiniz.

Təklifdən necə yararlanmalı?

  • Poshvine saytına keçid edin, “Claim Offer” düyməsinə klikləyin və təsdiqlənmə üçün Visa biznes-kartınızın ilk 9 rəqəmini daxil edin.
  • Tərəfdaşın saytına keçmək üçün “Redeem” düyməsinə klikləyin və təklifdən yararlanmaq üçün qeydiyyatdan keçin.

Təklif bütün Visa biznes-kartlarının sahibləri üçün 31 dekabr 2025 tarixinədək keçərlidir.

Qaydalar və şərtlər:

Təklif digər aksiyalarla birgə istifadə olunmur və yalnız yeni istifadəçilər üçün keçərlidir. Bütün vergilər və komissiyalar iştirakçılar tərəfindən sərbəst şəkildə ödənilir. Təşkilatçı öncədən xəbərdarlıq etmədən təklifi dəyişdirmək və ya ləğv etmək hüququnu qoruyur. Təklifin təfərrüatları tərəfdaş tərəfindən təqdim olunur. Visa onların dəqiqliyinə zəmanət vermir. Zəhmət olmasa, şərtləri birbaşa tərəfdaşla dəqiqləşdirin. Tərəfdaş bu təklif çərçivəsində yeganə xidmət təchizatçısı hesab olunur, Visa isə tərəflərdən biri deyil. Bütün iddialar və mübahisələr birbaşa tərəfdaşla həll olunur. Visa bu təklifin istifadəsinə görə yaranmış hər hansı zərər və ya xərclərə görə məsuliyyət daşımır.

Təkliflərlə bağlı sualınız var? Visa Concierge çat-botu köməyinizə çatar!

Visa Concierge çat-botuna keçin, əsas menyuda Support360 düyməsini seçin və hərtərəfli məlumat alın.