Upwork və Visa Business ilə layihə üzərində iş zamanı vəsaitlərə qənaət edin
Upwork ilə əməkdaşlığa başlayın və texnologiya, yaradıcılıq, marketinq, müştərilərə dəstək kimi sahələrdə yüksəkkeyfiyyətli frilanserlərlə işləməyə hazır olun. Visa biznes-kartınızla Upwork-da effektiv işəgötürmə üçün 10%-dək endirim əldə edə bilərsiniz. Növbəti layihənizə 500 ABŞ dollarınadək qənaətlə başlayın.
Upwork platforması sizin üçün necə faydalı olacaq?
Upwork frilanserlər və sifarişçilər üçün məşhur platformadır, burada dünyanın hər nöqtəsindən insanlar coğrafi mövqedən asılı olmayaraq əməkdaşlıq edə bilir. Platforma frilans dünyasında mühüm rol oynayır, sərbəst işləmək və müxtəlif layihələr üçün istedadlı insanlar axtarmaq imkanı yaradır.
Niyə Upwork-u seçməlisiniz?
- İntuitiv cəhətdən aydın istifadəçi interfeysi və mobil tətbiqin mövcudluğu.
- Daha uyğun namizədləri seçə bilən ağıllı alqoritmlər.
- Uyğunlaşa bilən komissiya – tərəfdaşlıq nə qədər uzunmüddətlidirsə, komissiya faizi bir o qədər aşağıdır.
- Ciddi moderasiya və nəticədə yüksək keyfiyyət səviyyəsi.
- Bütün gün ərzində texniki dəstək, şəxsi məlumatların müdafiəsi, məxfilik.
- Upwork Payment Protection ödənişlərin yüksək səviyyədə müdafiəsi.
Upwork-dan Visa biznes-kartlarının sahibləri üçün xüsusi təklif
Visa Business, Visa Platinum Business, Visa Signature Business, Visa Infinite Business, Visa Corporate, Visa Purchasing kartları ilə ödəniş zamanı Upwork mütəxəssislərinin xidmətlərinə 10% endirim əldə edin.
Təklifdən necə yararlanmalı?
- Poshvine saytına keçid edin, “Claim Offer” düyməsinə klikləyin.
- Kupon kodunu kopiyalayın və təklifin səhifəsinə keçmək üçün “Redeem” düyməsinə klikləyin.
- Təklifin səhifəsində “Browse Services” düyməsinə klikləyin.
- Endirimi əldə etmək üçün lazımlı xidməti seçib ödəniş səhifəsində kupon kodunu tətbiq edin.
Təklif bütün Visa biznes-kartlarının sahibləri üçün 2 aprel 2025 tarixinədək keçərlidir.
Qaydalar və şərtlər:
Təklif digər aksiyalarla birgə istifadə olunmur. Bütün vergilər və komissiyalar iştirakçılar tərəfindən sərbəst şəkildə ödənilir. Təşkilatçı öncədən xəbərdarlıq etmədən təklifi dəyişdirmək və ya ləğv etmək hüququnu qoruyur.
Təklifin təfərrüatları tərəfdaş tərəfindən təqdim olunur. Visa onların dəqiqliyinə zəmanət vermir. Zəhmət olmasa, şərtləri birbaşa tərəfdaşla dəqiqləşdirin. Tərəfdaş bu təklif çərçivəsində yeganə xidmət təchizatçısı hesab olunur, Visa isə tərəflərdən biri deyil. Bütün iddialar və mübahisələr birbaşa tərəfdaşla həll olunur. Visa bu təklifin istifadəsinə görə yaranmış hər hansı zərər və ya xərclərə görə məsuliyyət daşımır.