Proqramda iştirak etmək üçün ticarətçilər meyarlara uyğun gələn Ticarətçi Kateqoriya Kodlarından (TKK) birinə məxsus olmalıdırlar (TKK-ların 98% meyarlara uyğundur).
-
Visa Asan Ödəniş Xidməti
Daha az vaxtda daha çox tranzaksiya icra edin.
İş prinsipi
Visa Asan Ödəmə Xidməti sizə və müştərilərinizə çevik və rahat hesablaşmalar aparmaq imkanı verir.
Visa Asan Ödəniş Xidmətinin (VAÖX) üstünlükləri
Nağd puldan daha çevik və rahat.
Nağd pulla müqayisədə yüksək dəyərli tranzaksiyaların üstünlüklərindən faydalanın — ABŞ istehlakçılarının Visa alışına görə orta hesabla xərcləmələri nağd puldan davamlı olaraq yüksəkdir.¹
Daha sürətli ödəniş müştərilərinizə daha qüsursuz təcrübə bəxş edir — kiçik ranzaksiyalar üçün uzun növbələri azaltmağa kömək edir.
Heç bir əlavə ödəniş, qeydiyyat tələbləri və ya yeni avadanlıq olmadan işə başlamaq asandır.
- Mənbə: ABŞ Visa Ödənişi üzrə Qrup Araşdırması (2Q11-1Q12) Visa Ödənişi üzrə Qrup Araşdırması Visa tərəfindən sifariş edilmiş və müstəqil TNS tədqiqat firması tərəfindən 1991-ci ildən etibarən hər il 18 yaşından yuxarı ən azı bir ödəniş kartına sahib olan təqribən 20 000 respondent arasında mütəmadi olaraq həyata keçirilmişdir.
Visa Asan Ödəniş Xidməti (VAÖX) limitləri
Mübahisələrdən qorunma
Visa çip kart texnologiyası tranzaksiya təsdiqlənmədən öncə unikal, birdəflik kod yaratmaqla saxta kartlardan mağaza ödənişlərini qorumağa kömək edir.
Ticarətçilər VEPS tranzaksiyasını ŞİN kodu olmadan həyata keçirərkən itirilmə və oğurlanma saxtakarlığı ilə bağlı məsuliyyətdən qorunur.
Sual + Cavab
Visa Asan Ödəmə Xidməti barədə tez-tez soruşulan suallar.
-
-
Tələblərə uyğun gəlməsi üçün tranzaksiya:
- Visa və ya Visa elektron tranzaksiyası olmalıdır
- Tələblərə uyğun ticarətçinin məkanında həyata keçirilməlidir
- Ölkəyə məxsus limitlər çərçivəsində olmalıdır
- Tranzaksiyaya kart verən qurum tərəfindən icazə verilməlidir
-
Xeyr. VAÖX proqramında iştirak etmək üçün ticarətçilərin Visa-da qeydiyyatdan keçmələri lazım deyildir.. Əlavə xidmət haqqı yoxdur.
-
Cihaza dəyişikliklərin edilməsi məcburi deyil lakin bu, tranzaksiyaların qaydaya salınması üçün faydalı ola bilər. Ticarətçilər cihaza dəyişikliklərin tələb olunub olunmadığını müəyyən etmək üçün alıcı bankları ilə işləməlidirlər.
-
Maqnit zolağı, çip və kontaktsız texnologiyalardan istifadə edən ticarətçilər VAÖX-dan faydalana bilərlər. VAÖX tələblərinə cavab verən bütün tranzaksiyalar normal qəbuletmə prosedurlarını dəstəkləyirlər. Bəs əsas fərq nədədir? ŞİN tələb olunmur və qəbzlər yalnız müraciət əsasında tələb olunur.