Saytın köməyi ilə ziyarətçiləri müştərilərə çevirin. Bir neçə ən bəyəndiyimiz məsləhəti sizinlə də bölüşürük.
Ziyarətçiləri alıcılara çevirin
Dəqiq “hərəkətə çağırış” yaradın: hərəkətə çağırış (HÇ) veb-saytın ziyarətçilərinə hərəkət variantları təqdim edir. Bu, belə ifadələr ola bilər: “buraya basın”, “səbətə əlavə edin” və ya “yeniliklərdən xəbərdar olmaq üçün abunə olun”. HÇ-nin vizual effektivliyini dəyərləndirməyin ən sürətli üsullarından biri brauzerdə saytınızın miqyasını 50%-dək azaltmaqdır. Bu zaman siz “almaq üçün klikləyin” düyməsini rahatlıqla görməlisiniz.
Sadə, təmiz dizayn istifadə edin: sadəlik ziyarətçilərin diqqətini toplamasına kömək olur, axtarışı və məhsullarınızın alışını asanlaşdırır. Az detal, çox fəallıq.
Sosial şəbəkələrinizi qoşun. Sosial şəbəkələr: bu, baxış və/və ya alış üçün əla platformadır. İnsanlara saytınızdan informasiya paylaşmağa imkan yaradın ki, mövcud müştərilərdə və ziyarətçilərdə öz sosial şəbəkə hesablarında sizin kontenti paylaşmağa həvəs yaransın.
Başlığın fərqləndirilməsi: qəzetdəki əsas zolağın ekvivalenti. Bu sizin əsas zonanızdır, orada ən lazımlı informasiyanı yerləşdirə bilərsiniz.
Şəffaf çatdırılma şərtlərini əks etdirin: müştərilər çatdırılma qiymətinin gözlədiklərindən yüksək olduğunu görəndə alış-verişi tamamlamaya bilərlər.
Saytınızı mobil edin: saytın mobil cihazlar üçün optimizasiya edilmiş dizaynı bir çox istifadəçilər üçün naviqasiyanı asanlaşdırır.