DragonPass və Visa ilə yeni biznes-zallar

Visa premium kart sahiblərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyə davam edir, buna görə də biz böyük məmnuniyyətlə bu istiqamətdəki əsas dəyişiklikləri elan edirik:

1 oktyabr 2024 tarixindən etibarən Visa-nın lounge zalları üzrə təminatçısı DRAGONPASS olacaq.

Bu qərar qüvvəyə mindikdən sonra hazırkı üzvlüklər köçürülməyəcək və keçərsiz hesab olunacaq. 

1 oktyabr 2024 tarixindən etibarən aeroportlarda lounge zallara giriş üçün istifadəçi yolu rəqəmsal üzvlüklə əvəzlənəcəkdir. Müştərilərə Visa Airport Companion tətbiqini AppStore və ya Play Market-dən yükləyərək istifadə etmək, yaxud Visa Concierge çat-botu vasitəsilə giriş əldə etmək təklif olunacaq. 

Visa yeni tərəfdaşı DragonPass ilə premium Visa kart sahiblərini bütün dünyadakı yüksək səviyyəli lounge zallara giriş imkanı ilə təmin etməyə davam edəcək. 


Visa Platinum, Visa Signature, Visa Infinite və Visa Platinum Business premium kartları ilə DragonPass proqramı çərçivəsində biznes-zallara pulsuz giriş!

Siz bütün dünyada 1200-dən çox biznes-zal arasından istədiyinizi seçərək:

  • Visa PlatinumVisa Platinum Business kartları ilə ildə 2 dəfə.
  • Visa Signature kartı ilə ildə 4 dəfə.
  • Visa Infinite kartı ilə ildə 6 dəfə.

Premium Visa kartları ilə hər səyahət müstəsna xidmət və komfort deməkdir!

Giriş üçün tələblərə cavab verməyən hər ziyarətin, həmçinin bütün qonaq ziyarətlərinin qiyməti 32 ABŞ dolları təşkil edəcəkdir (məbləğ birbaşa kart hesabınızdan çıxılacaq).

Ətraflı məlumatı bankınızın qaynar xəttindən öyrənə bilərsiniz.

* Təklif Visa Platinum, Visa Signature, Visa Infinite və Visa Platinum Business premium kartları üçün 31 dekabr 2024 tarixinədək keçərlidir.

Welcome to the business lounge! Welcome to the Business Lounge!

Təklifdən necə istifadə etmək olar?

Screen of the Visa Airport Companion app
1. Android və ya iOS üçün Visa Airport Companion tətbiqini yükləyin

2. Zala giriş əldə etmək üçün premium Visa kartınızı tətbiqdə qeydiyyatdan keçirin

  • Visa Platinum
  • Visa Platinum Business
  • Visa Signature
  • Visa Infinite

 

3. Giriş əldə etmək istədiyiniz zalı tapdıqdan sonra bu düyməni basın: Daxil ol.

4. Zala daxil olmaq imkanı verən rəqəmsal girişi əldə etmək üçün “Üzvlük” düyməsini basın.

Zala daxil olmaq üçün girişdəki qeydiyyat məntəqəsində QR-kodu skan etmək lazımdır.

Tətbiqdən istifadə üçün ətraflı təlimat

İstifadə şərtləri

DragonPass biznes-zallarına pulsuz girişdən yararlana bilmək üçün son bir ay ərzində Visa Platinum, Visa Signature, Visa Infinite kartları ilə smartfon və ya smart-saat vasitəsilə 100 AZN məbləğində Google Pay və ya Apple Pay ödənişləri etməlisiniz.

DragonPass proqramı barədə sual-cavab