-
Visa sayəsində premium komfortla səyahət edin!
Visa premium kartlarının sahibləri üçün aeroportun biznes-zalında istirahət!
Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuş planlaşdırırsınız?
Premium Visa kartınız səyahətinizi daha komfortlu və xoş edəcək!
Axı indi kartınız sayəsində aeroportun biznes-zalından istifadə edərək, uçuşdan öncə istirahət edə və səyahətin hər anından zövq ala bilərsiniz.
Xidmətdən necə istifadə etmək olar?
Premium Visa kartınızı Heydər Əliyev Aeroportunun biznes-zalına giriş zamanı xüsusi terminal vasitəsilə avtorizasiya edin.
Launc zonasının istifadəsinə hansı xidmətlər daxildir?
- Launc zonasına giriş və ya zalda yerləşmə. Uçuşdan öncə komfortlu və effektiv vaxt keçirmək üçün yumşaq mebel və interyer, telefon, internet (Wi-Fi daxil), media və digər rahatlıqlarla təmin olunmuş zal (uçan reysə qeydiyyat anından etibarən 2 saatadək).
- Zalda mövcud olan qida məhsullarının (müxtəlif isti və soyuq qəlyanaltılar, salatlar) və içkilərin (spirtli və spirtsiz içkilər) təmin edilməsi.
- Reys barədə məlumatın verilməsi və sərnişinin minik üçün vaxtında dəvət edilməsi.
- Konsultasiya dəstəyi.
- Reys ləngidiyi halda bir saatadək əlavə vaxt keçirmək və launc zonasından istifadə imkanı.
Nəzərinizdə olsun ki, biznes-zalın xidmətlərindən istifadə hüququ ötürülə bilməz və güzəştə gedilə bilməz və ya ailə üzvləriniz, yaxud partnyorlarınız daxil hər hansı başqa bir şəxsə verilə bilməz.
Təklif Visa premium kart sahibləri üçün keçərlidir: Visa Signature, Visa Infinite.
Təklif 1 oktyabr 2025 tarixinədək keçərlidir.