soğruda iştirak edən istehlakçılar bildiriblər ki, onlar sırf onlayn alış-veriş etməyə üstünlük verirlər.1
Sizin onlayn mövcudluğunuz necə olmalıdır?
Onlayn mövcudluq həyati əhəmiyyət daşısa da, iki müxtəlif biznesin eyni növ onlayn mövcudluğa ehtiyacı olmaya bilər. Bəlkə sizin biznesinizi ətraflı nümayiş etdirəcək sayta ehtiyacınız var, bəlkə də daha sadə bir üsul daha effektli ola bilər. Biz sizə onlayn mağazanızı qurmağa və ya təkmilləşdirməyə kömək edəcək məsləhətlər və ya partnyorlar təklif edirik.
İstehlakçılar isə bildiriblər ki, onlayn üstünlükləri (veb-sayt və loyallıq proqramları) olan yerlərdən alış-veriş etməyə üstünlük verirlər.1
1 Yuxarıda qeyd edilən məlumatlar Visa-nın rəqəmsal transformasiya araşdırmasında göstərilib, Maru/Matchbox 2018-ci il.
İnternetdə öz biznesini daha yaxşı nümayiş etdirmək
Əgər kiçik biznesinizin internet mövcudluğunu təmin etməyə hazırsınızsa, sizə bununla bağlı bir neçə məsləhət:
Sadə olsun: Müştərilər istifadəsi rahat saytlarda daha çox vaxt keçirirlər. Əksər müştərilər hansısa məhsula baxmaq və almaq istədiklərinə bir neçə dəqiqə ərzində qərar verirlər.
Rəqəmsal vitrin yaradın: İnsanlara sizin saytınızdan almağa şərait yaradın ki, müştərilər evdən çıxmadan birbaşa sizdən alış-veriş edə bilsinlər. Yaxşı texniki podratçı sizin biznesiniz və saytınızda satışlar üçün rəqəmsal mağazanı yoluna qoymağa kömək edər.
Saytda axtarış funksiyasını quraşdırın: Müştərilər mağazanı ziyarət edib özlərinə lazım olan məhsulları axtara biləcəklərinə ümid edirlər. Məsələn, “mavi rəngli qadın ayaqqabısı”. Daha uyğun məhsulların nümayişi onların sifariş etmək ehtimalını artırır.
Məzmun əsasdır: İnsanlar saytınızı ziyarət edərkən nə görəcəklər və nə edəcəklər? Bunu planlaşdırın. Əksər insanlar dərhal alış-veriş etmək istəməyəcəklər, odur ki, onlara məhsulları və ya xidmətləri satmaq əvəzinə saytınızı bir də ziyarət etməli olduqlarına inandırın. .
Təlimatlar düzəldin: bələdçilər və şablonlar müştərilərə sizin məhsullardan və ya xidmətlərdən istifadəni planlaşdırmağa kömək edir. Siz həmin an birbaşa satış əldə etməyə bilərsiniz, lakin müştəriləri cəlb etsəniz, onlayn qalmağa həvəsləndirsəniz, onlar sizin saytınıza qayıdacaqlar.
Azla başlayın və inkişaf edin: Əsas informasiyanı göstərin. Məhsullar, xidmətlər, iş saatları, təkliflər, rəylər və əlaqə məlumatı. Abunə, bronlaşdırma və ya üzvlük kimi funksiyalar biznesinizin fokusu olmayacaqsa, daha sonra əlavə edilə bilər.
Saytınızdan kənarda: Sosial şəbəkələrdən istifadə edin. Sosial şəbəkələr şirkətinizlə əlaqəni artıra bilər, potensial müştərilərə sizinlə qarşılıqlı əlaqə üçün daha bir kanal təklif edə bilər. İnternetdə mövcudluqla bağlı məsləhətlərə göz atın.