İnternetdə alış-verişlərin asanlığı böyük və kiçik müəssisələr üçün geniş imkanlar yaradıb. Pərakəndə ticarətçilər məhsullara bütün gün ərzində onlayn baxmaq imkanı təklif edərək satışları artıra bilərlər. İnternet-mağazaların sifarişləri generasiya etməsi ilə pərakəndə mağaza saxlamaqda qənaət etmək olar.
İnternetdə satış
İnternet-mağazanın inkişafı yolları
İnterfeysi quraşdırın: məntiqi kateqoriyalarda nizama salınmış məhsullar. Yüksəkkeyfiyyətli şəkillərdən, dəqiq təsvirlərdən və yenilənmiş qiymətlərdən/aksiyalardan istifadə edin.
Sadələşdirin: müştərilərinizi artıq düymələrlə və açılmalı səhifələrlə yükləməyin. İdeal halda müştəri alış-verişi 4-6 klikə həyata keçirməlidir.
Ardıcıl olun: Brendinqin ardıcıllığına riayət edin (loqotip, rəng, ton). Sizin internet-mağaza müştərilərin biznesinizlə qarşılıqlı əlaqədə olduğu yeganə yer ola bilər.
Çatdırılma və distribüterlik vacibdir: işi həyata keçirməmişdən əvvəl əmin olun ki, çatdırılma və distribüterlik prosesləriniz qaydasındadır.
Çatdırılmanı test edin: Əgər növbəti gün çatdırılma təklif edirsinizsə, onu öncədən test edin, xüsusilə podratçı-distribüterlə işləyirsinizsə.
Prosesləri avtomatlaşdırın: sifarişləri təsdiqləmək, hesab-fakturaları və qəbzləri qəbul etmək, çatdırılma bildirişlərini və geri əlaqə soğrularını almaq üçün poçtda avtomatlaşdırılmış cavabları quraşdırın.
Ayıq-sayıq olun: təhlükəsizlik tənzimləmələrini və hesabatları mütəmadi yoxlayın ki, yeni təhlükələrə hazırlıqlı olasınız.
Yoxlamaları planlaşdırın: məhsulun aktuallığını, qiymətlərin düzgünlüyünü və keçidlərin aktivliyini yoxlamaq üçün qrafik təyin edin (həftəlik və aylıq). Bundan əlavə, ödəniş və təhlükəsizlik abunəliklərinin aktivliyini yoxlamağı unutmayın.
Əvvəlcə təhlil edin, sonra quraşdırın: saytınızın analitikasını və hesabatını təhlil etməyə vaxt tapın. Bu zaman hansısa səhifənin təkcə düymə aktiv olmadığı üçün daha çox imtina göstəricisinə sahib olduğunu aşkarlaya bilərsiniz. İstənilən saytın mütəmadi tənzimləmələrə və təkmilləşdirilməyə ehtiyacı var.
Özünüz haqqında məlumat yayın: müştərilərə planlaşdırdığınız aksiyalar barədə məlumat göndərin və ya gələcək satışlarda endirimlər təqdim edin – bu insanları cəlb edə bilər.
Oflayn satış
Kartla ödəniş imkanı istehlakçılara gözlədikləri rahatlığı verir.
Visa ilə ödəniş imkanı barədə informasiyanı yerləşdirməyin üstünlükləri
Reputasiyanın artması
Bütün dünyada müştərilər satıcının etibarlı olduğunu 3-5 dəfə daha çox düşünürlər.
Trafikin artması
Visa kartının qəbul edilməsi işarəsi müştərilərin əvvəldən tanımadıqları mağazanı ziyarət etmək şansını 2-3 dəfə artırır
Daimi müştərilər
Müştərilər təkrar alış-veriş üçün 2-5 dəfə daha çox qayıdırlar.
Visa-dan POS-materialları sifariş edin
Öz müştərilərinizə Visa kartı ilə ödənişləri qəbul etdiyinizi bildirmək üçün POS-materialları elə bu gün sifariş edin.