İstehlakçılar internetdəki rəylərə güvənirlər. Bəzi insanlar yeni satıcını nəzərdən keçirərkən dərhal rəylərə baxırlar. Onlar digər müştərilərin sizin məhsullara, xidmətlərə, iş saatlarınıza, yerləşmənizə və biznesinizin digər xüsusiyyətlərinə münasibətini bilmək istəyirlər.
Rəy imkanı
İstehlakçı yeni onlayn-mağazanı ziyarət etməmişdən əvvəl internetdə informasiya axtarır və ya satıcını yoxlayır. *
soğruda iştirak edən müştəri deyir ki, şəbəkədəki rəylər onlara təsir edir.
* Məlumatlar Visa-nın rəqəmsal transformasiya araşdırmasında göstərilib, Maru/Matchbox 2018-ci il.
Müştərilərdən ən yaxşı rəylərin əldə edilməsi
Biz internetdə düzgün mövcudluğun yaradılmasının və yaxşı rəylərə sahib olmağın vacibliyini anladıq. Veb-saytınızın və sosial şəbəkələrinizin nə qədər işlənmiş olduğundan asılı olmayaraq, mövcud müştərilərin rəyləri yeni müştərilərin axtarışında mühüm rol oynayır.
Müştərilərdən rəy əldə etmək üçün altı məsləhət
Fikir bildirmək üçün əlaqə: müştərilər çox vaxt siz onlardan xahiş etsəniz, rəy yazırlar. Onlara öz fikirlərini bildirəcəkləri ən yaxşı meydançaları tapmaqda kömək edin. Bu, biznesinizin inkişafına müsbət təsir edəcək.
Yeni rəylərə hazır olun: əksər rəy saytları yeni rəy olanda bildirişlər göndərə bilər. Bu, rahat üsuldur, çünki siz asanlıqla cavab verə bilərsiniz, xüsusilə, rəy mənfi olduqda.
Şəxsi mesajlarda cavab verin: bir çox rəy saytları sizə rəy bildirənlə birbaşa əlaqə yaratmağa imkan verir. Bu, müştərinin iradı ilə ictimai mübahisələrdən qaçaraq maraqlanmağın ağıllı üsuludur.
Prioritetləri müəyyənləşdirin: rəy saytlarındakı bildirişlər və sürətli cavab imkanı dərhal reaksiya bildirməyə və minnətdarlığınızı nümayiş etdirməyə şərait yaradır. Rəy yazan hər müştəriyə “təşəkkür” etməyə vaxt ayırın.
Rəy istəməyin ən yaxşı üsulu nədir?
Son hesab-faktura: Siz son hesab-fakturaya sorğu daxil edə bilərsiniz.
Sayt və ya elektron poçt: müştəri üçün saytınızda rəy yazmaq imkanını asanlaşdırın və ya mühüm elektron məktublarınızdan birinə müştərilərinizin rəy yaza biləcəyi keçidi də daxil edin.
Fiziki yer: əgər fizki mağazanız varsa, plakatlar və ya pəncərəyə stikerlər vura bilərsiniz. Burada müştərilərə yazacaqları rəylərə görə minnətdar olacağınızı çatdıra bilərsiniz.